Şarl Lekler adətən üstünlük verdiyi sazlamalardan fərqli olaraq, ön hissəsinin daha zəif qaldığı aqressiv bolid balansı seçdiyini deyib. Bu seçim yarışın ilk hissəsində özünü doğrultsa da, tras şəraitinin dəyişməsi ilə əlverişsiz vəziyyət yaradıb.
Sprint yarışından sonra danışan monakolu pilot bildirib: “Yarışın orta hissəsindən etibarən çox çətinlik çəkdim.
Adətən üstünlük verdiyim sazlamaların tam əksinə, ön hissəsinin kifayət qədər zəif qaldığı aqressiv bolid balansı seçdim. Bu, yarışın ilk hissəsində yaxşı nəticə verdi, ancaq tras quruduqca rəqabətədavamlı ola bilmədim.
Xüsusilə beşinci döngədən çox yaxşı çıxmalı olduğumu bilirdim, çünki bütün sağ döngələrdə, xüsusən də sol ön təkər baxımından xeyli zəif idim.
Döngədən kifayət qədər yaxşı çıxdım, amma arxa güzgülərə baxanda McLaren bolidlərinin arxa hissəsindəki qırmızı işıqları gördüm. Buna görə də nəsə baş verdiyini anladım”.




Şərh əlavə et