Lyuis Həmilton: “Əla start götürdüm, bu, möhtəşəm idi. Yaxşı bolidə sahib olduğumuzu açıq şəkildə göstərdik.
Belə şəraitdə, yağış altında bu trasda sürməyi sevirəm. Buna görə də yağış başlayan kimi öz-özümə dedim ki, bu gün əla gün olacaq.
Düşünürəm ki, sıralanma turunda bir qədər daha yaxşı çıxış edib hər iki bolidimizi ön sıralara yerləşdirə bilsək, sabah həm Mercedes-ə, həm də Red Bull-a həqiqətən təzyiq göstərə bilərik”.
Red Bull və Mercedes-in sürətli olduğunu qəbul edən Həmilton Ferrari-nin də yarış boyu rəqiblərinə təzyiq göstərə biləcək tempə sahib olduğunu düşündüyünü bildirib: “Əlbəttə, onlar sürətlidirlər, lakin biz də onları yaxından izləyib təzyiq altında saxlaya bilərik. Ümid edirəm ki, sıralanma turlarında bolidimizi bir qədər daha yaxşı mövqeyə gətirə biləcəyik”.




Şərh əlavə et