Xəbəri Kokpitdə Oxuyun!

İndoneziya MotoGP: Son məşqlərin qalibi Bezzekkidir

2026-cı il MotoGP İndoneziya Qran Prisinin ikinci məşqində ən yaxşı nəticəni Marko Bezzekki göstərib. 

Şənbə günü Mandalika trasında sıralanma turundan əvvəl son məşq sessiyası başlayıb.

Sürücülərin əksəriyyəti ön və arxa təkərlərdə Soft tərkibə üstünlük verib. Yalnız Bred Binder və Ai Oqura arxa təkərdə orta tərkibli şinlərdən istifadə ediblər.

Raul Fernandes 1:29.899 nəticə ilə vaxt cədvəlinə başçılıq edib. Pedro Akosta isə ondan 0,3 saniyə geri qalaraq ikinci yeri tutub.

Sessiyanın başlamasından bir neçə dəqiqə sonra Toprak Razqatlıoğlu ağır qəza keçirib. Türkiyəli sürücü sağ çiyninin üzərinə düşüb və hadisədən sonra çiynini tutduğu görülüb. Qəzadan sonra qırmızı bayraqlar göstərilib.

Tras təmizləndikdən bir neçə dəqiqə sonra məşq yenidən bərpa olunub.

Sessiyanın ortalarında Marko Bezzekki 1:29.560 nəticə ilə birinci yerə yüksəlib. Mark Markes isə ikinci pillədə qərarlaşıb.

Massimo Meregallinin verdiyi məlumata görə, qəza zamanı Toprakın sağ çiyni çıxıb, lakin sonradan yenidən yerinə salınıb. Bu arada Aleş Esparqaro da qəza keçirərək boksa qayıdıb.

Damalı bayrağın göründüyü bayraqdan sonra sessiyanın lideri Marko Bezzekki olub. Raul Fernandes ikinci, Mark Markes isə üçüncü yeri tutub.

Fabio Di Cianantonio dördüncü, Xorxe Martin beşinci, Pedro Akosta isə altıncı olub.

Rauf Hacıyev

Şərh əlavə et