Malayziyada yenilənmələrin lazımi şəkildə sınaqdan keçirilə bilmədiyini deyən britaniyalı sürücü güc qurğusunda problem yaşadıqdan sonra bu qərarın qaçılmaz hal aldığını deyib:
Corc Rassell: “Əslində, Malayziyadakı yarışdan əvvəl bu məsələni komanda ilə müzakirə edən və bu fikri irəli sürən şəxs mən idim.
Bazar günü mühərrikdə problem yaşananda bu qərarı vermək artıq qaçılmaz hala gəldi. Yarışdan əvvəl də bu dəyişikliyin edilməsinin tərəfdarı idim, cəzadan sonra isə vəziyyət tamamilə aydınlaşdı.
Bu həftəsonu alacağım mühərrik cəzası Bakıdakı qələbə qazandığım bolidə qayıdaraq, birbaşa müqayisə aparmağımız üçün əla fürsət yaradacaq”.
Yeniliklərin uğursuz olduğuna dair heç bir sübut olmadığını və performansdakı dalğalanmaların trek xüsusiyyətlərindən qaynaqlandığını vurğulayan Rassell sözlərinə belə davam edib: “Yenilənmənin işləmədiyini göstərən heç bir əlamət hələlik yoxdur.
Bakıda poul mövqeyini 0.8 saniyə fərqlə qazandığımız bolidlə Budapeştdə və Zandfortda yarışdığımız bolid tamamilə eyni idi. Lakin Budapeştdə liderdən 0.4 saniyə geridə idik.
Eyni bolidlə və eyni rəqiblərə qarşı mübarizə apararkən belə performansınızda müsbət və ya mənfi formada ciddi dalğalanmalar yaşana bilər. Buna görə də Malayziyadakı performansımızın tamamilə oradakı trek şəraitinə xas olduğuna inanıram.
Red Bull-un tempinə baxanda bu mövsüm göstərdikləri ümumi səviyyə ilə müqayisədə onların açıq şəkildə önə çıxdığını görmək olur. Bizim McLaren və Ferrari qarşısındakı tempimiz isə start cərgəsinin ümumi mənzərəsindən o qədər də fərqlənmirdi”.




Şərh əlavə et