Xəbəri Kokpitdə Oxuyun!

MotoGP-nin yeni formatı məlumdur

MotoGP komandaların yekdilliklə qəbul etdiyi və 2027-ci ildən qüvvəyə minəcək yeni həftəsonu formatını rəsmən təsdiqləyib.

2023-cü ildə sprint yarışlarının təqvimə əlavə edilməsindən sonra MotoGP sürücülərin və komandaların yenidən uyğunlaşmalı olacağı yeni formata keçir. Red Bull Ring-də keçirilən səsvermə ilə qəbul edilən yeni sistemdə ən böyük dəyişiklik cümə gününə əlavə olunacaq 15 dəqiqəlik sprint sıralanma seansıdır.

Hazırkı sistemdə şənbə günü keçirilən yeganə sıralanma sessiyası həm sprint yarışının, həm də bazar günü əsas yarışın start düzülüşünü müəyyənləşdirirdi. Yeni formatda isə cümə günü keçiriləcək sıralanma yalnız sprint yarışının start düzülüşünü müəyyən edəcək. Bazar günü keçiriləcək əsas yarışın start düzülüşü isə şənbə səhəri ənənəvi Q1 və Q2 seanslarından sonra müəyyənləşəcək.

Dəyişikliklər çərçivəsində cümə günü birbaşa Q2-yə vəsiqə qazanmaq uğrunda mübarizənin aparıldığı məşq sessiyası da ləğv edilib. Bundan əlavə, bazar günü səhər keçirilən qızdırma sessiyası da təqvimdən çıxarılıb. Bunun əvəzinə sürücülərin azarkeşlərlə görüşəcəyi tanıtım tədbirlərinə daha çox vaxt ayrılacaq.

2027 MotoGP həftəsonu formatı

Cümə

  • Sərbəst məşq – 45 dəqiqə
  • Sərbəst məşq – 30 dəqiqə
  • Sprint sıralanması (SQ) – 15 dəqiqə
    Şənbə günü keçiriləcək sprint yarışının start düzülüşünü müəyyən edir.

Şənbə

 

  • Sərbəst məşq – 20 dəqiqə
  • Sıralanma – Q1 (15 dəqiqə) + Q2 (15 dəqiqə)
    Bütün sürücülər Q1-də iştirak edir, ilk 12 sürücü isə Q2-yə yüksəlir. Bu seans bazar günü keçiriləcək əsas yarışın start düzülüşünü müəyyən edir.
  • Sprint yarışı

Bazar

  • Qran Pri

Rauf Hacıyev

Şərh əlavə et