Rəsmi: FİA isti hava təhlükəsi elan edib

Rauf Hacıyev 08 Oktyabr 2026, 11:30
Rəsmi: FİA isti hava təhlükəsi elan edib
  1. 1K. AntonelliMercedes402
  2. 2M. FerstappenRed Bull304
  3. 3L. HəmiltonFerrari267
  4. 4C. RassellMercedes264
  5. 5L. NorrisMcLaren264
  6. 6Ş. LeklerFerrari250
  7. 7O. PiastriMcLaren167
  8. 8İ. HəcərRed Bull122
  9. 9L. LousonRacing Bulls89
  10. 10P. QasliAlpine52
  11. 11A. LindbladRacing Bulls38
  12. 12F. KolapintoAlpine35
  13. 13O. BermanHaas23
  14. 14Q. BortoletoAudi14
  15. 15N. HülkenberqAudi14
  16. 16K. SaynsWilliams11
  17. 17E. OkonHaas7
  18. 18F. AlonsoAston Martin7
  19. 19A. AlbonWilliams5
  20. 20Y. TsunodaRacing Bulls1
  21. 21R. HirakavaHaas1
  22. 22L. StrollAston Martin0
  23. 23V. BottasCadillac0
  24. 24S. PeresCadillac0
  25. 25R. CamaraHaas0
  1. 1Mercedes666
  2. 2Ferrari517
  3. 3Red Bull440
  4. 4McLaren431
  5. 5Racing Bulls114
  6. 6Alpine87
  7. 7Haas31
  8. 8Audi28
  9. 9Williams16
  10. 10Aston Martin7
  11. 11Cadillac0

FIA hava temperaturunun 31 dərəcədən yuxarı olacağının proqnozlaşdırılması səbəbindən Sinqapur Qran Prisi öncəsi “həddindən artıq isti hava təhlükəsi” elan edib.

Bu prosedur çərçivəsində komandalara bolidlərdə təkmilləşdirilmiş soyutma sistemlərindən istifadə etməyə icazə verilir. FIA daha əvvəl bu protokolu Avstriya, Monza və son olaraq Malayziyada tətbiq edib.

FIA direktoru Rui Markes məsələ ilə bağlı açıqlamasında rəsmi meteoroloji xidmətin proqnozlarında yarış zamanı hiss ediləcək temperaturun nəzərə alındığını və qərarın təhlükəsizlik qaydalarına uyğun şəkildə verildiyini bildirib.

Yüksək rütubət və çətin tras quruluşu səbəbindən mövsümün ən ağır yarışlarından biri hesab olunan Sinqapur Qran Prisində pilotların fiziki imkanlarının son həddinə qədər mübarizə aparması gözlənilir.

Bazar günü üçün göy gurultulu leysan yağışları ilə bağlı proqnozlar isə Sepanqda yaşanan böhrandan sonra FIA-nın hazırladığı fövqəladə proqram təminatına diqqəti yönəldib.

Sepanqda təhlükəsizlik avtomobilinin arxasında aşağı sürətlə hərəkət edilərkən yeni nəsil güc qurğularında aktivləşən proqram təminatı xətası Maks Ferstappen və Lyuis Həmilton başda olmaqla bir çox pilotun güc itirməsinə və yarışın startının xaosa çevrilməsinə səbəb olub.

Sinqapurda yağışın təsirli olması halında Formula 1 rəhbərliyi oxşar qarışıqlığın yenidən yaşanmaması üçün tədbirlər görməyi hədəfləyir.

Bunları da oxuyun

Şərh əlavə et