Rəsmi: Hacar Bakıda qayıdır

Rəsmi: Hacar Bakıda qayıdır
  1. 1K. AntonelliMercedes380
  2. 2M. FerstappenRed Bull261
  3. 3L. HəmiltonFerrari259
  4. 4C. RassellMercedes250
  5. 5Ş. LeklerFerrari245
  6. 6L. NorrisMcLaren221
  7. 7O. PiastriMcLaren144
  8. 8İ. HəcərRed Bull107
  9. 9L. LousonRacing Bulls83
  10. 10P. QasliAlpine42
  11. 11A. LindbladRacing Bulls38
  12. 12F. KolapintoAlpine27
  13. 13O. BermanHaas23
  14. 14Q. BortoletoAudi14
  15. 15N. HülkenberqAudi13
  16. 16E. OkonHaas7
  17. 17F. AlonsoAston Martin7
  18. 18K. SaynsWilliams7
  19. 19A. AlbonWilliams5
  20. 20Y. TsunodaRacing Bulls1
  21. 21R. HirakavaHaas1
  22. 22L. StrollAston Martin0
  23. 23V. BottasCadillac0
  24. 24S. PeresCadillac0
  1. 1Mercedes630
  2. 2Ferrari504
  3. 3Red Bull382
  4. 4McLaren365
  5. 5Racing Bulls108
  6. 6Alpine69
  7. 7Haas31
  8. 8Audi27
  9. 9Williams12
  10. 10Aston Martin7
  11. 11Cadillac0

Zədə səbəbindən üç yarışdır traslardan uzaq qalan Ayzek Hacar Azərbaycan Qran Prisində mübarizəyə qayıdır.

Avqust ayında Niderland Qran Prisindən əvvəl keçirilən məşqlər zamanı biləyindən zədə alan Hacar yay fasiləsindən sonra baş tutan üç yarışı buraxmışdı.

Fransalı pilot zədədən sonra bərpa prosesi ilə bağlı məsləhət almaq üçün MotoGP üzrə Dünya Çempionu Mark Markeslə görüşmüşdü. Markes 2020-ci ildə sağ qolunu sındırdıqdan sonra traslara erkən qayıdaraq ağrılı təcrübə yaşadığı üçün Hacara tələsməməyi tövsiyə etmişdi.

Üç yarışlıq fasilədən sonra bərpa prosesini tamamlayan Hacar artıq Formula 1-ə qayıtmağa hazırdır. Red Bull komandası bu gün yaydığı açıqlama ilə gənc pilotun həftəsonu keçiriləcək Azərbaycan Qran Pisində iştirak edəcəyini təsdiqləyib.

Red Bull-un açıqlamasında deyilir: “Ayzekin bu həftəsonu yarışacağından məmnunuq. Biləyindəki zədəni uğurla geridə qoyan Ayzek Bakıda yenidən öz işinin başına keçəcək”.

Louson Racing Bulls-a qayıdır

Komanda son üç yarışda Hacarı əvəz edən Liam Lousona da təşəkkür edib. Louson mövsümün qalan hissəsini Arvid Lindbladla birlikdə başa vurmaq üçün Racing Bulls komandasına qayıdacaq.

Komandanın açıqlamasında bu fikirlər yer alıb: “Komanda olaraq son üç yarış ərzində göstərdiyi peşəkarlığa, fədakarlığa və gərgin əməyinə görə Liama səmimi təşəkkür etmək istəyirik.

Çətin şərtlər altında vəzifəni üzərinə götürməsinə baxmayaraq, təsirli çıxışlar etdi və dəyərli töhfələr verdi.

Racing Bulls-a qayıdarkən ona bundan sonrakı karyerasında ən xoş arzularımızı çatdırırıq”.

Tsunoda ehtiyat pilot kimi qalacaq

Hacarın Red Bull-a qayıtması və Lousonun Racing Bulls-a keçməsi ilə Yuki Tsunodanın Racing Bulls-dakı müvəqqəti fəaliyyəti də başa çatıb.

Yapon pilot bu üç yarışlıq müddətdə Monzada əldə etdiyi 10-cu yerlə komandaya bir xal qazandırıb. Tsunoda mövsümün qalan hissəsində ehtiyat pilot vəzifəsini davam etdirəcək.

Bunları da oxuyun

Şərh əlavə et