Piastri: Süni intellekt sistemlərinə görə özümü sərnişin kimi hiss edirəm

Piastri: Süni intellekt sistemlərinə görə özümü sərnişin kimi hiss edirəm
  1. 1K. AntonelliMercedes380
  2. 2M. FerstappenRed Bull261
  3. 3L. HəmiltonFerrari259
  4. 4C. RassellMercedes250
  5. 5Ş. LeklerFerrari245
  6. 6L. NorrisMcLaren221
  7. 7O. PiastriMcLaren144
  8. 8İ. HəcərRed Bull107
  9. 9L. LousonRacing Bulls83
  10. 10P. QasliAlpine42
  11. 11A. LindbladRacing Bulls38
  12. 12F. KolapintoAlpine27
  13. 13O. BermanHaas23
  14. 14Q. BortoletoAudi14
  15. 15N. HülkenberqAudi13
  16. 16E. OkonHaas7
  17. 17F. AlonsoAston Martin7
  18. 18K. SaynsWilliams7
  19. 19A. AlbonWilliams5
  20. 20Y. TsunodaRacing Bulls1
  21. 21R. HirakavaHaas1
  22. 22L. StrollAston Martin0
  23. 23V. BottasCadillac0
  24. 24S. PeresCadillac0
  1. 1Mercedes630
  2. 2Ferrari504
  3. 3Red Bull382
  4. 4McLaren365
  5. 5Racing Bulls108
  6. 6Alpine69
  7. 7Haas31
  8. 8Audi27
  9. 9Williams12
  10. 10Aston Martin7
  11. 11Cadillac0

Oskar Piastri 2026-cı il Formula 1 bolidlərini idarə edərkən bəzi məqamlarda süni intellekt sistemləri səbəbindən özünü “sərnişin kimi” hiss etdiyini etiraf edib.

Avstraliyalı sürücü 2026-cı ildə çətin dövr keçirir. Yeni nəsil Formula 1 bolidlərinə uyğunlaşmaqda çətinlik çəkən 24 yaşlı pilot pilot mövsümün geridə qalan hissəsində hələ qələbə qazana bilməyib.

Yeni nəsil bolidlərdə elektrik mühərriki ilə daxiliyanma mühərriki arasında güc bölgüsünün təxminən 50:50 nisbətində olması sürüş xarakterini də əhəmiyyətli dərəcədə dəyişib. Piastri isə indiyə qədər bu bolidlər barədə fikirlərini ən az ifadə edən pilotlardan biri olub.

Lakin McLaren pilotu bolidlərdə istifadə edilən və dövrə ərzində enerjinin, eləcə də batareyanın necə istifadə olunacağını aktiv şəkildə öyrənən kompüter sistemləri ilə bağlı diqqətçəkən açıqlama verib.

Piastriyə trasda olarkən özünü “süni intellekt sistemlərinin sərnişini kimi hiss edib-etmədiyi” barədə sual ünvanlanıb: “Bəzən, bəli. Düşünürəm ki, Spa və ya Silverstoun kimi traslarda bu, daha böyük problem ola bilər. Hunqarorinq və ya Zandfortda isə belə bir çətinlik gözləmirəm. Çünki düzlüklər daha qısadır. Buna görə də fərqlər olsa belə, onların təsiri daha az olmalıdır.

Lakin yarış bolidinin düzlüyün sonuna çatmamış gücünün faktiki olaraq yarısını itirməsi fikrini qəbul etmək bəzən həqiqətən çətin olur”.

Piastri sözlərini davam etdirərkən əfsanəvi Spa-Frankorşam trasının müxtəlif sektorlarında bolidin enerjini nə qədər fərqli şəkildə idarə etdiyini də izah edib: “Hətta Spada belə, orta sektorda dövrənin böyük hissəsini heç bir batareya dəstəyi olmadan, yalnız daxiliyanma mühərriki ilə keçirdik. Bu, özlüyündə qəribə hiss idi.

Bəzi döngələrdə müəyyən güc səviyyəsinə sahib olmaq, digərlərində isə tam gücdən istifadə etmək həqiqətən qəribədir.

Məncə, Spa xüsusilə əsəbiləşdirici idi. Bu, təkcə mənim üçün deyil, bir çox digər pilot üçün də belə idi. Çünki kodlardakı və mühərriklərin işləmə formasındakı kiçik fərqlər dövrə vaxtında kifayət qədər böyük fərqlər yaradırdı”.

Bunları da oxuyun

Şərh əlavə et