Ferrari 2027-ci il üçün yeni mühərrik hazırlayır

Ferrari 2027-ci il üçün yeni mühərrik hazırlayır
  1. 1K. AntonelliMercedes380
  2. 2M. FerstappenRed Bull261
  3. 3L. HəmiltonFerrari259
  4. 4C. RassellMercedes250
  5. 5Ş. LeklerFerrari245
  6. 6L. NorrisMcLaren221
  7. 7O. PiastriMcLaren144
  8. 8İ. HəcərRed Bull107
  9. 9L. LousonRacing Bulls83
  10. 10P. QasliAlpine42
  11. 11A. LindbladRacing Bulls38
  12. 12F. KolapintoAlpine27
  13. 13O. BermanHaas23
  14. 14Q. BortoletoAudi14
  15. 15N. HülkenberqAudi13
  16. 16E. OkonHaas7
  17. 17F. AlonsoAston Martin7
  18. 18K. SaynsWilliams7
  19. 19A. AlbonWilliams5
  20. 20Y. TsunodaRacing Bulls1
  21. 21R. HirakavaHaas1
  22. 22L. StrollAston Martin0
  23. 23V. BottasCadillac0
  24. 24S. PeresCadillac0
  1. 1Mercedes630
  2. 2Ferrari504
  3. 3Red Bull382
  4. 4McLaren365
  5. 5Racing Bulls108
  6. 6Alpine69
  7. 7Haas31
  8. 8Audi27
  9. 9Williams12
  10. 10Aston Martin7
  11. 11Cadillac0

Ferrari komandası 2027-ci il mövsümü üçün yeni güc qurğusu hazırlayır və mühərrik istehsalı departamentində yenidənqurma işləri aparır.

İtaliya mətbuatının məlumatına görə, Maranelloda bir neçə yeni mühəndisin komandaya qoşulması gözlənilir. Onların arasında əvvəllər Mercedes və Red Bull Powertrains-də çalışmış aparıcı mühəndislərdən biri də var. Hazırda həmin mütəxəssis Ferrari-yə keçməzdən əvvəl məcburi məzuniyyətdədir. Onun adı hələ açıqlanmayıb.

Eyni zamanda, Scuderia mühərrik istehsalı bölməsində daxili dəyişikliklər həyata keçirir. GT departamentindən keçən Françesko Morettini bölmənin yenidən təşkilinə cavabdeh olacaq. O, keyfiyyət məsələlərinə rəhbərlik edən Françesko Marino və hibrid, elektron sistemlər istiqamətinin rəhbəri Luka Podco ilə birgə çalışacaq.

Ferrari “isti” mühərrik konsepsiyasını dəyişir

Ferrari artıq 2027-ci il güc qurğusunun konsepsiyasını müəyyənləşdirib. Komanda “isti” mühərrik konsepsiyasından tamamilə imtina etməyəcək, lakin onun konstruksiyasında dəyişikliklər etməyi planlaşdırır. Əsas yeniliklərdən biri yanma kamerasında iş temperaturunun artırılması olacaq.

Bununla paralel olaraq Shell mühəndisləri növbəti mövsüm üçün yanacaq üzərində təkmilləşdirmə işləri aparırlar.

Yeni güc qurğusunda daha böyük diametrli turbinadan istifadə olunacağı da gözlənilir. Bunun mühərrikin gücünü artıracağı və batareyanın doldurulma müddətini azaldacağı bildirilir.

Maranelloda 2027-ci il avtomobilinin Mercedes ilə mübarizə aparacağına ümid edirlər. Bu fonda Frederik Vassyörünn komanda rəhbəri vəzifəsindən azad edilməsi ehtimalı aşağı qiymətləndirilir. Çünki onun yerinə yeni şəxsin gətirilməsi bütün komandanın dərin şəkildə yenidən qurulmasına və faktiki olaraq yeni inkişaf dövrünün başlamasına səbəb ola bilər.

Bunları da oxuyun

Şərh əlavə et