Xəbəri Kokpitdə Oxuyun!

L.Brauning Monzada Williams bolidini idarə edəcək

24 yaşlı britaniyalı pilot Lyuk Brauning Monzada Aleksandr Elbonu əvəzləyərək, Williamsın sükanı arxasına keçəcək. Brauning bununla 2026-cı mövsümündə ikinci dəfə Formula 1 bolidini idarə etmiş olacaq. O, daha əvvəl Avstriyada keçirilən məşq sessiyasında FW48-i sınaqdan keçirib.

Monzadakı ilk sərbəst məşq sessiyası Williams üçün də əhəmiyyət daşıyır. Bu sessiya ilə komanda Formula 1 qaydalarının tələbinə uyğun olaraq mövsüm ərzində debütant pilotlara ayırmalı olduğu iki məşq imkanını tamamlamış olacaq.

Qrouv təmsilçisi eyni zamanda simulyatorda intensiv şəkildə çalışan Brauninqin Monzada toplayacağı məlumatlardan və verəcəyi geribildirimlərdən yararlanmağı planlaşdırır.

Formula 1 proqramı ilə yanaşı, Brauning Yaponiyada Kondo Racing komandası ilə Super Formula çempionatında da mübarizə aparır. Britaniyalı pilot Monzada yenidən Williamsın bolidini idarə edəcəyi üçün həyəcanlı olduğunu bildirib: “Williams ilə yenidən ilk sərbəst məşq sessiyasına çıxacağım üçün çox həyəcanlıyam. FW48 ilə dövrələr vurmaq, bolidi daha yaxşı anlamaq və komandaya faydalı məlumatlarla yanaşı, dəyərli geribildirimlər təqdim etmək üçün bu, əla fürsətdir.

İştirak etdiyim hər sessiyada yeni şeylər öyrənirəm. Bu təcrübədən maksimum yararlanaraq həm özümü inkişaf etdirmək, həm də komandanın irəliləyişinə töhfə vermək istəyirəm”.

Rauf Hacıyev

Şərh əlavə et