Xəbəri Kokpitdə Oxuyun!

L.Həmilton: Qələbə üçün yarışıram

Niderland Qran Prisində damalı bayrağı dördüncü yerdə görən Lyuis Həmilton yarışdan sonra açıqlamalar verib.

Zandfortda podium uğrunda mübarizə aparan britaniyalı sürücü yarışdan sonra göstərdiyi performansdan razı qaldığını, lakin komandanın strategiyası və Mercedes-in düzlükdəki sürət üstünlüyü səbəbindən podiumu əldən verməyin məyusluq yaratdığını gizlətməyib.

Lyuis Həmilton: “Bu gün trasda əlimdən gələn hər şeyi etdim. Öndəki mübarizə həqiqətən çox sıx və inanılmaz dərəcədə çətin keçir. Buna baxmayaraq, gerilərdən başlayaraq irəliləməyi bacardım.

Sıralanma turumuz bir qədər daha yaxşı keçməli idi. Amma Mercedes düzlükdə bizdən təxminən 0,4 saniyə daha sürətlidir və bunu yarış zamanı kompensasiya etmək son dərəcə çətindir.

Bu, bolidimizin döngələrdə nə qədər yaxşı olduğunu göstərir. Əgər güc qurğumuzu inkişaf etdirərək onlara bir qədər də yaxınlaşa bilsək – komandanın bu istiqamətdə əlindən gələn hər şeyi etdiyinə inanıram – daha sıx mübarizə apara bilərik.

Mən qalib gəlmək istəyirəm. Burada yarışmağımın səbəbi qalib gəlməkdir.

Lakin qarşımdakı iki Mercedes pilotunu izləyərkən komanda əmri ilə daha sürətli olan Kimiyə yol verilməsi və onun yarışını davam etdirməsi mənim üçün qalib gəlməyi çətinləşdirir.

Çətinləşir, çünki bizim tərəfdə işlər eyni şəkildə getmir. Bu məsələni komanda ilə bağlı qapılar arxasında mütləq müzakirə edəcəyik”.

Rauf Hacıyev

Şərh əlavə et