Xəbəri Kokpitdə Oxuyun!

Y.Əliyev yeni yarışa hazırlaşır

Azərbaycanı dəfələrlə beynəlxalq yarışlarda təmsil etmiş eSport sürücüsü Yaqub Əliyev yeni çağırışla üz-üzədir.

Kokpit.az xatırladır ki, 22 yaşlı sürücü Ukraynanın Müstəqillik Gününə həsr olunmuş çempionatda çıxış edəcək. O, burada Free komandasının tərkibində mübarizə aparacaq.

Yarışı Ukrayna Avtomobil Federasiyası təşkil edir. Yarışda 4 komanda iştirak edir – İnvictus, Free. Strong və United.

Bu turnirdə 40 sürücü iştirak edəcək. Onlar arasında Kubadan, Venesueladan, İslandiyadan, Gürcüstandan, Sloveniyadan, Slovakiyadan, Çexiyadan, Polşadan, Perudan sürücülər var.

Yarış Bakı vaxtı ilə saat 21:00-da start götürəcək. Mübarizə iki mərhələdən ibarət olacaq. İlk mərhələ Circuit de Ledenon-da olacaq.

İkinci mərhələ isə Snetterton Circuit 300 trasında baş tutacaq. Bütün pilotlar  Mazda MX-5 CUP monoclass avtomobilini idarə edəcəklər. Təmsilçimiz Yaqub Əliyev bu yarışda narıncı-qara-ağ rəng çalarlı maşınla yarışacaq. Hər bir mərhələ təsnifat və yarışdan ibarət olacaq. Yarışların hər biri isə 25 dəqiqə çəkəcək.

Yarış Ukrayna Avtomobil Federasiyasının Youtube kanalından canlı yayımlanacaq.

Xatırladaq ki, Yaqub Əliyev keçən il də bu çempionatda iştirak etmiş və yekunda üçüncü yeri tutmuşdu.

Rauf Hacıyev

Şərh əlavə et