Zandfortdakı yarışı üçüncü pillədə başa vuraraq podiuma qayıdan britniyalı sürücü yarışın ardından komanda yoldaşı Kimi Antonelliyə yol verməsi ilə bağlı tətbiq olunan komanda əmrini də dəyərləndirib.
Corc Rassell: “Mənim üçün start heç də yaxşı alınmadı və Kimi məni keçdi
Qarşımdakı bu iki pilot [Norris və Antonelli] startdan etibarən çox sürətli idilər. Lando isə yarışın sonlarına doğru möhtəşəm temp göstərdi.
Yeyilmiş təkərlərlə lazımi ilişməni tapmaq çətin idi. Yarış zamanı heç nə zəmanət altında deyildi. Buna görə də podiumda olmaqdan məmnunam.
Kimi onsuz da yarışın əvvəlindən qarşımda idi, ona görə də yarışı məndən öndə başa vurmağa layiq idi.
Təbii ki, yarış zamanı hər mövqe uğrunda mübarizə aparmaq istəyirsən. Amma təzə təkərlərlə onsuz da məni keçəcəkdi. Buna görə də komandanın verdiyi qərar doğru idi.
Uzun fasilədən sonra yenidən podiuma qayıtmaq və ümumilikdə güclü həftəsonu keçirmək xoşdur”.




Şərh əlavə et