Xəbəri Kokpitdə Oxuyun!

K.Antonelli: Gərgin yarış idi

Kimi Antonelli Niderland Qran Prisində yarışı ikinci pillədə başa vurduqdan sonra yarışın ilk hissəsində özünü yaxşı hiss etdiyini, lakin ilk pit stopdan sonra bolidin idarəetmə hissinin əhəmiyyətli dərəcədə pisləşdiyini bildirib.

Mercedes komandasının pilotu Niderland Qran Prisində qalib Lando Norrisin arxasında ikinci yeri tutub.

Gərgin keçən yarışın müəyyən bölümündə liderliyi ələ keçirməyi bacaran italyan sürücü ikinci stintdən etibarən bolidlə mübarizə aparmaqda çətinlik çəkdiyini deyib.

Kimi Antonelli: “Çox gərgin yarış idi. Liderliyi ələ keçirə bildim və ilk stintdə özümü yaxşı hiss edirdim. Lakin ikinci stintdən etibarən bolidin idarəetməsi ilə bağlı əvvəlki hissi tamamilə itirdim.

Bolid çox sürüşürdü. Nəhayət, Lando məni keçdi və həmin andan etibarən heç bir şansımın qalmadığını bilirdim”.

Antonelli Niderland Qran Prisində McLaren-in göstərdiyi performansdan sonra Mercedes-in inkişaf çalışmalarını sürətləndirməli olduğunu vurğulayıb: “Əlbəttə, indi komanda olaraq bir qədər daha çox işləməliyik, çünki McLaren çox böyük bir addım atıb. Ona görə də inkişaf üzərində çalışmağa davam etməliyik”.

Rauf Hacıyev

Şərh əlavə et