Xəbəri Kokpitdə Oxuyun!

L.Norris: Fürsətin yarandığını gördüm

Niderland Qran Prisində qələbə qazanan McLaren pilotu Lando Norris çətin keçən yarışın ardından sevincini bölüşüb.

Zandfortda keçirilən son yarışda qalib gəlməyin xüsusi olduğunu deyən britaniyalı sürücü yarış tempini və kritik ötmə anını belə dəyərləndirib.

Lando Norris: “Çətin yarış idi. Dünən burada keçiriləcək son yarışda yaxşı nəticə göstərmək istədiyimi demişdim.

Bu gün işləri özüm üçün bir qədər çətinləşdirsəm də, möhtəşəm mübarizə oldu. Böyük ehtimalla qazandığım ən yaxşı qələbələrdən biri idi, çünki bunun üçün sonadək mübarizə aparmalı olduq.

Tempimiz çox güclü idi və prosesi əla idarə etdik. Zandfortdakı bu son yarışı qazanmaq çox xoşdur.

Antonellini ötməyim çox yaxşı alındı. Qarşımdakı avtomobillərin arxasında keçirdiyim hər dövrənin şansımı azaltdığını bilirdim.

Lyuisin müdafiə olunduğunu gördüyüm anda fürsətin yarandığını başa düşdüm. Əyləc balansını tənzimlədim və əyləcləmə nöqtələrinə daha çox diqqət yetirdim.

Məhz bu manevr mənə yarışı qazandırdı. Qarşıma çıxan yeganə şansdan ən yaxşı şəkildə istifadə etdim”.

Rauf Hacıyev

Şərh əlavə et