Pirelli: Zandfortda hər 3 tərkib istifadə oluna bilər

Rauf Hacıyev 23 Avqust 2026, 09:41
Pirelli: Zandfortda hər 3 tərkib istifadə oluna bilər
  1. 1K. AntonelliMercedes390
  2. 2M. FerstappenRed Bull279
  3. 3C. RassellMercedes262
  4. 4L. HəmiltonFerrari261
  5. 5Ş. LeklerFerrari249
  6. 6L. NorrisMcLaren246
  7. 7O. PiastriMcLaren152
  8. 8İ. HəcərRed Bull122
  9. 9L. LousonRacing Bulls89
  10. 10P. QasliAlpine42
  11. 11A. LindbladRacing Bulls38
  12. 12F. KolapintoAlpine27
  13. 13O. BermanHaas23
  14. 14Q. BortoletoAudi14
  15. 15N. HülkenberqAudi14
  16. 16E. OkonHaas7
  17. 17F. AlonsoAston Martin7
  18. 18K. SaynsWilliams7
  19. 19A. AlbonWilliams5
  20. 20Y. TsunodaRacing Bulls1
  21. 21R. HirakavaHaas1
  22. 22L. StrollAston Martin0
  23. 23V. BottasCadillac0
  24. 24S. PeresCadillac0
  25. 25R. CamaraHaas0
  1. 1Mercedes652
  2. 2Ferrari510
  3. 3Red Bull415
  4. 4McLaren398
  5. 5Racing Bulls114
  6. 6Alpine69
  7. 7Haas31
  8. 8Audi28
  9. 9Williams12
  10. 10Aston Martin7
  11. 11Cadillac0

Pirelli həftəsonunun əvvəlindən Niderland Qran Prisinin bazar günü keçiriləcək yarışında hər üç təkər tərkibinin istifadə olunacağını ehtimal edirdi. Şənbə günü Şarl Leklerin sprint məsafəsini Soft təkərlərlə tamamlayaraq ikinci olması da bu ehtimalı gücləndirib.

Pirelli Motorsport-un direktoru Dario Marrafuski bildirib ki, Ferrari və Haasın sprintdə Soft təkərlərə üstünlük verməsi qırmızı işarəli təkərlərin bazar günü də strategiyanın bir hissəsinə çevrilə biləcəyini göstərib. Bununla belə, Hard və Medium təkərlərin daha çox seçiləcəyi gözlənilir: “Yarışın gedişində hər üç tərkibdən istifadə oluna bilər. Soft təkərlər sprint məsafəsində effektivliyini itirmədən daha inamlı ilişmə təmin edirdi. Bu, Şarl Leklerə yüksək tempi qorumağa və Lando Norrisi təqib etməyə imkan verdi.

Nisbətən aşağı temperatur da kömək etdi və Ferrari pilotu təkərləri optimal iş diapazonunda saxlaya bildi. Sprint zamanı həmçinin Zandfortda ötmələrin ciddi çətinlik yarada biləcəyi bir daha təsdiqləndi. Komandalar pit-stop zamanı itirilən mövqeləri hesablayarkən bu vacib amili nəzərə alacaqlar”.

Marrafuskinin sözlərinə görə, ən sürətli strategiya bir pit-stoplu variantdır. Bu halda yarışa Medium təkərlərlə başlayıb 27-33-cü dövrələr arasında Hard təkərlərə keçmək tövsiyə olunur.

Alternativ variant isə Soft təkərlərlə start götürmək və 26-32-ci dövrələr arasında pit-stop edərək yarışın qalan hissəsini Hard təkərlərlə tamamlamaqdır. Bu strategiyanın təxminən 1 saniyə daha yavaş olacağı hesablanır.

Trafik olmasaydı, iki pit-stoplu strategiya da rəqabətədavamlı ola bilərdi. Lakin Zandfortda ötmələrin çətinliyi bu seçimin əsas çatışmazlığıdır.

Bununla belə, Təhlükəsizlik Avtomobili və ya virtual təhlükəsizlik avtomobili rejimi tətbiq olunarsa, yaxud trafik imkan verərsə erkən pit-stop üçün fürsət yaranarsa, iki dayanacaqlı strategiyanı da istisna etmək olmaz.

Marrafuski həmçinin bildirib ki, sprintdə temperatur səbəbindən təkər deqradasiyası orta səviyyədə olub. Qran Pri məsafəsində pilotların təkərlərə qənaət etməyə çalışacağı nəzərə alınarsa, xüsusilə iki daha sərt tərkib üçün bu amilin strategiya seçimində həlledici olması gözlənilmir.

Bunları da oxuyun

Şərh əlavə et