Xəbəri Kokpitdə Oxuyun!

M.Ferstappen: Aşkar formada yavaşıq

Niderland Qran Prisinin sıralanma turundan sonra danışan Red Bull pilotu Maks Ferstappen avtomobildə etdikləri dəyişikliklərin gözlənilən nəticəni vermədiyini bildirib.

Doğma publikası önündəki sıralanma sessiyasından əvvəl avtomobildə ciddi dəyişikliklər etdiklərini deyən niderlandlı pilot buna baxmayaraq istədikləri hissiyyatı əldə edə bilmədiklərini vurğulayıb.

Maks Ferstappen: “Əslində avtomobildə böyük dəyişiklik etdik, amma günün sonunda onun verdiyi hissiyyat demək olar ki, eyni qaldı.

Yağış daha tez başlasaydı, nə baş verəcəyini demək çətindir. Düzünü desəm, avtomobilin yağışlı şəraitdə necə reaksiya verəcəyi barədə heç bir təsəvvürüm yoxdur.

Adətən yağışlı şəraitdə yaxşı çıxış edirəm, bəli, lakin günün sonunda bunun heç bir əhəmiyyəti yoxdur, çünki açıq şəkildə yavaşıq. Sıralanma turu yağış altında keçirilsəydi və həmin şəraitdə yaxşı performans göstərsəydik belə, sabah tras quruyanda yenə də yavaş qalacaqdıq”.

Rauf Hacıyev

Şərh əlavə et