L.Həmilton: Dəyişikliklər yaxşı işlədi

Rauf Hacıyev 23 Avqust 2026, 08:12
L.Həmilton: Dəyişikliklər yaxşı işlədi
  1. 1K. AntonelliMercedes390
  2. 2M. FerstappenRed Bull279
  3. 3C. RassellMercedes262
  4. 4L. HəmiltonFerrari261
  5. 5Ş. LeklerFerrari249
  6. 6L. NorrisMcLaren246
  7. 7O. PiastriMcLaren152
  8. 8İ. HəcərRed Bull122
  9. 9L. LousonRacing Bulls89
  10. 10P. QasliAlpine42
  11. 11A. LindbladRacing Bulls38
  12. 12F. KolapintoAlpine27
  13. 13O. BermanHaas23
  14. 14Q. BortoletoAudi14
  15. 15N. HülkenberqAudi14
  16. 16E. OkonHaas7
  17. 17F. AlonsoAston Martin7
  18. 18K. SaynsWilliams7
  19. 19A. AlbonWilliams5
  20. 20Y. TsunodaRacing Bulls1
  21. 21R. HirakavaHaas1
  22. 22L. StrollAston Martin0
  23. 23V. BottasCadillac0
  24. 24S. PeresCadillac0
  25. 25R. CamaraHaas0
  1. 1Mercedes652
  2. 2Ferrari510
  3. 3Red Bull415
  4. 4McLaren398
  5. 5Racing Bulls114
  6. 6Alpine69
  7. 7Haas31
  8. 8Audi28
  9. 9Williams12
  10. 10Aston Martin7
  11. 11Cadillac0

Ferrari komandasının sürücüsü Lyuis Həmilton Niderland Qran Prisinin sıralanma turlarında son sürətli dövrəsinə başlamazdan əvvəl səkkizinci yerdə olduğunu görəndə “ürəyinin ağzına gəldiyini” deyib.

Sprint sessiyasında yaşanan çətinliklərin ardından əsas sıralanma turlarında da pis nəticə təhlükəsi ilə üzləşən Ferrari pilotu son cəhdində yaxşı dövrə vuraraq beşinci yeri tutub və komanda yoldaşı Şarl Lekleri geridə qoyub.

Britaniyalı pilotun sözlərinə görə, Ferrari-nin avtomobildə etdiyi kiçik dəyişikliklər SF-26-nın balansını tamamilə pozub. Sıralanma turundan əvvəl edilən yeni sazlanmalar isə avtomobili yenidən daha uyğun iş diapazonuna qaytarıb.

Son dövrəsində beşinci yerə yüksəlməsini dəyərləndirən Lyuis Həmilton Sky F1-a deyib: “Bunu bacardığım üçün minnətdaram. Çünki düşünürəm ki, səkkizinci və ya buna bənzər bir yerdə idim. Həmin anda ürəyim ağzıma gəldi. Amma bu, tamamilə fərqli sessiya və tamamilə fərqli avtomobil idi.

İlk məşq sessiyasında avtomobil möhtəşəm hiss etdirirdi və çox stabil idi. Əlbəttə, hər zaman inkişaf etdirə biləcəyiniz sahələr olur. Bunları düzəltmək üçün kiçik dəyişikliklər etdik, lakin bu, avtomobilin balansını tamamilə dəyişdi və onu dəhşətli vəziyyətə saldı.

Sprint sıralanma turunda və daha sonra sprint yarışının tamamında balansın verdiyi inam demək olar ki, yox idi. Bundan sonra sıralanma turlarından əvvəl bütün bu dəyişiklikləri etdik. Beləliklə, yenidən fərqli avtomobillə və fərqli balansla trasa çıxdım və bundan daha çox razıyam. Ancaq bunun üzərində işləmək, avtomobili anlamaq və bütün bunları cəmi altı dövrə ərzində etmək çətin idi.

Həmçinin qarşımızda Mercedes mühərrikindən istifadə edən bütün avtomobillər var və güc baxımından bir qədər geridə olduğumuzu bilirik. Buna görə də düşünürəm ki, bu gün yarış tempimiz daha yaxşı olmalıdır. Dediyim kimi, avtomobil bizim üçün indi daha yaxşı vəziyyətdədir”.

Bunları da oxuyun

Şərh əlavə et