Bildirilib ki, Şarpın komandadan ayrılması qarşılıqlı razılaşma əsasında baş tutub. Bu qərar britaniyalı pilotun diqqətini 2027-ci il mövsümünə hazırlığa yönəltməsinə imkan verəcək.
Aleks Pavell 2024-cü ildə İtaliya Formula 4-də Prema ilə çıxış edib və debütantlar arasında ən yaxşı nəticəni göstərib. 2025-ci ildə amerikalı-yamaykalı pilot BƏƏ Formula 4 çempionatında vitse-çempion olub. 2026-cı ildə isə Avropa Formula 3 çempionatının şəxsi hesabında altıncı pillədə qərarlaşıb.
Aleks Pavell: “Prema-ya qayıtmaq mənim üçün çox şey ifadə edir. Bu komanda mənə formullarda özümü sınamaq üçün ilk fürsəti verib. Mövsümün son Formula 3 mərhələləri üçün onlara qayıtmaq bacardığım hər şeyi nümayiş etdirmək baxımından əla fürsətdir. Sükan arxasına keçəcəyim anı səbirsizliklə gözləyirəm. Bütün gücümlə mübarizə aparmağa hazıram”.




Şərh əlavə et