K.Sayns xəbərdarlıq alıb

Rauf Hacıyev 22 Avqust 2026, 08:31
K.Sayns xəbərdarlıq alıb
  1. 1K. AntonelliMercedes390
  2. 2M. FerstappenRed Bull279
  3. 3C. RassellMercedes262
  4. 4L. HəmiltonFerrari261
  5. 5Ş. LeklerFerrari249
  6. 6L. NorrisMcLaren246
  7. 7O. PiastriMcLaren152
  8. 8İ. HəcərRed Bull122
  9. 9L. LousonRacing Bulls89
  10. 10P. QasliAlpine42
  11. 11A. LindbladRacing Bulls38
  12. 12F. KolapintoAlpine27
  13. 13O. BermanHaas23
  14. 14Q. BortoletoAudi14
  15. 15N. HülkenberqAudi14
  16. 16E. OkonHaas7
  17. 17F. AlonsoAston Martin7
  18. 18K. SaynsWilliams7
  19. 19A. AlbonWilliams5
  20. 20Y. TsunodaRacing Bulls1
  21. 21R. HirakavaHaas1
  22. 22L. StrollAston Martin0
  23. 23V. BottasCadillac0
  24. 24S. PeresCadillac0
  25. 25R. CamaraHaas0
  1. 1Mercedes652
  2. 2Ferrari510
  3. 3Red Bull415
  4. 4McLaren398
  5. 5Racing Bulls114
  6. 6Alpine69
  7. 7Haas31
  8. 8Audi28
  9. 9Williams12
  10. 10Aston Martin7
  11. 11Cadillac0

Niderland Qran Prisinin sprint sıralanmasından sonra stüardlar Williams  komandasının pilotu Karlos Saynsın sessiyanın ilk hissəsindəki hərəkətini araşdırıblar.

İspaniyalı sürücü  birinci və ikinci  Təhlükəsizlik Avtomobili xətləri arasındakı hissəni icazə verilən maksimum müddətdən 5 saniyə daha gec keçib.

İspaniyalı pilot 13-cü döngədən əvvəl Şarl Leklerə yol vermək üçün sürətini azaltdığını, daha sonra isə avtomobilinin batareyasının boşalması səbəbindən lazımi sürətlənməni edə bilmədiyini bildirib. Bununla belə, Sayns boksa qayıdana qədər itirdiyi vaxtın bir hissəsini kompensasiya etmək üçün daha çox iş görə biləcəyini də etiraf edib.

Stüardlar enerji sərfiyyatının idarə olunması ilə bağlı çətinlikləri nəzərə alıblar. Bununla yanaşı, onlar Saynsın dövrə vaxtına daha yaxşı nəzarət etmək üçün daha çox imkanının olduğu qənaətinə gəliblər.

Nəticədə Karlos Saynsa xəbərdarlıq verilib, əlavə cəza tətbiq olunmayıb.

Bunları da oxuyun

Şərh əlavə et