Soft təkərlərlə avtomobilin balansının istədiyi səviyyədə olmadığını bildirən avstraliyalı pilot məşq sessiyası ilə müqayisədə daha yaxşı nəticə göstərdiyini deyib.
Oskar Piastri: “Soft təkərlərlə dövrəm istədiyim kimi alınmadı. Bu il Soft təkərlərə keçəndə Medium təkərlərlə əldə etdiyiniz yaxşı balansı qorumaq adətən bir qədər çətin olur.
Amma səhərki məşq sessiyası ilə müqayisədə daha çox razıyam. Avtomobildə bir neçə dəyişiklik etdik və hissiyyat xeyli yaxşılaşdı. Buna görə də səhərki sessiyadan bəri əldə etdiyimiz irəliləyiş ən böyük müsbət məqamdır.
Fərqlər bir-birinə çox yaxın idi. Daha yaxşı dövrə vura bilsəydim, bəlkə də poul qazana bilərdik. Lakin öyrənməyə və özümü inkişaf etdirməyə davam edirəm. Ən vacib məsələ də budur”.
İlk dörd pilotun çox yaxın nəticələr göstərdiyini və həftəsonunun qalan hissəsində mübarizənin içində olduqlarını vurğulayan Piastri sözlərini belə tamamlayıb: “Görünür, bizim, Ferrari və Mercedes arasında mübarizə son dərəcə gərgin olacaq. Ona görə də hər şey son kiçik detalları, çatışmayan məqamları tamamlamaqdan və nələr edə biləcəyimizi görməkdən asılıdır”.




Şərh əlavə et