Yeddiqat Dünya Çempionu ilk məşq sessiyası ilə sıralanma arasında avtomobilin verdiyi hissiyatda ciddi dəyişiklik olduğunu bildirib.
Lyuis Həmilton: “Təəssüf ki, yaxşı sessiya olmadı. Vəziyyət budur, artıq edə biləcəyimiz bir şey yoxdur. İlk məşq sessiyasında avtomobil özünü kifayət qədər yaxşı hiss etdirirdi. Bir neçə xırda sazlanma etdik, amma sıralanma turuna keçəndə qarşımızda tamamilə fərqli bir avtomobil var idi. Ona görə də nəyin səhv getdiyini anlamalı və bu gün əlimizdən gələnin ən yaxşısını etməliyik.
Məlumatları təhlil edib vəziyyətlə bağlı dəqiq nəticəyə gələcəyik. Hazırda edə biləcəyimiz yeganə şey məlumatları nəzərdən keçirib problemi anlamaqdır. Şarl məndən bir qədər fərqli vəziyyətdə idi. Onun avtomobildəki hissiyyatı ilk məşqdə məndə olan hissə bir qədər daha yaxın idi. Ümumilikdə vəziyyət bundan ibarətdir”.




Şərh əlavə et