Sıralanma turunun Q2 sessiyasında keçirdiyi ağır qəza nəticəsində körpücük sümüyünü sındıran Marko Bezzekkinin sprint yarışında iştirak etməyəcəyi açıqlanıb.
Sprint öncəsi hava şəraiti sıralama turu ilə müqayisədə daha əlverişli olub. Havanın temperaturu 25°C, asfaltın temperaturu isə 40°C-dən bir qədər yüksək ölçülüb.
Poul mövqeyindən start alan Mark Markes beş qırmızı işıq söndükdən sonra ideal start ala bilməsə də, ilk döngəni lider keçməyi bacarıb. Qardaşı Aleks Markes ikinci yerdəki mövqeyini qoruyub. Ai Oqura startdan sonra Fabio Di Cannantonionu geridə qoyaraq üçüncü yerə yüksəlsə də, dövrə başa çatmamış italiyalı sürücü mövqeyini geri qaytarıb.
Yarışın 7-ci dövrəsində Franko Morbidelli qəza edərək mübarizəni dayandırıb.
Poul mövqeyindən başladığı sprint yarışında liderliyi heç kimə verməyən Mark Markes damalı bayrağı ilk keçərək qələbə qazanıb. Aleks Markes ikinci, Fabio Di Cannantonio isə üçüncü yeri tutub.
Ai Oqura dördüncü olub. Onu Raul Fernandes və Xorxe Martin izləyiblər. Françesko Banyaya yarışı yeddinci pillədə başa vurub.




Şərh əlavə et