Xəbəri Kokpitdə Oxuyun!

MotoGP Almaniya: İkinci məşqlərdə Aleks Markes birincidir

MotoGP üzrə Almaniya Qran Prisinin ikinci sərbəst yürüşünü ən sürətli başa vuran sürücü Aleks Markes olub. 

Zaksenrinqdə həftəsonunun son sərbəst yürüşü əlverişli hava şəraitində başlayıb. Sessiyadan əvvəl havanın temperaturu 21°C, trasın temperaturu isə 32°C ölçülüb.

Pit yolunun açılması ilə birlikdə Toprak Razqatlıoğlu da daxil olmaqla sürücülər sıralanma turu öncəsi son hazırlıq üçün trasa çıxıblar.

Eyni zamanda iki sürücünün bazar günü keçiriləcək yarışa start mövqelərindən üç pillə geridən başlayacağı açıqlanıb. Franko Morbidelli trasda maneə yaratdığına, Dioqo Moreyra isə oxşar səbəbə görə cəzalandırılıb.

İlk 10 dəqiqə geridə qalarkən Aleks Markes 1:20.333 nəticə ilə liderliyə yüksəlib. Onu qardaşı Mark Markes izləyib. Həmin anda Toprak 16-cı pillədə qərarlaşıb.

Aleks Rins 1-ci döngədə qəzaya uğrayaraq pitə qayıdıb.

Sessiyanın qalan hissəsində heç bir sürücü Aleks Markesin nəticəsini yaxşılaşdıra bilməyib. Raul Fernandes liderdən 0.321 saniyə geri qalaraq ikinci olub. İlk üçlüyü Marko Betsekki tamamlayıb.

Pedro Akosta dördüncü, Mark Markes isə beşinci yeri tutub.

Rauf Hacıyev

Şərh əlavə et