Xəbəri Kokpitdə Oxuyun!

MotoGP Almaniya: Əsas məşqlərdə Markes zirvədədir

MotoGP üzrə Almaniya Qran Prisinin əsas məşq sessiyasını ən sürətli tamamlayan sürücü Mark Markes olub.

Start siqnalı verildikdən sonra sürücülər trasa çıxıb və 1 saatlıq məşq sessiyası başlayıb.

Sessiyanın ilk 5 dəqiqəsində Marko Bezzekki 1:20.646 nəticə ilə erkən tempi müəyyənləşdirib. Ardınca Mark Markes 1:20.727-lik dövrə ilə ikinci pilləyə yüksəlib. Bezzekki isə 1:20.605 nəticə göstərərək vaxtını yaxşılaşdırıb və liderliyini möhkəmləndirib.

İlk 10 dəqiqə geridə qaldıqda Bezzekki lider olub. Mark Markes ikinci, Aleks Markes isə üçüncü pillədə qərarlaşıb.

Sürətli dövrə cəhdlərindən sonra sürücülərin əksəriyyəti sazlabmalar üzərində işləmək üçün boksa qayıdıblar.

Sessiyanın ortalarında Franko Morbidelli arxasında Pedro Akosta olduğu halda qəfil sürətini azaldıb. Hadisə stüardlar tərəfindən araşdırmaya götürülüb.

Nəticəsini yaxşılaşdırmağa çalışan Aleks Markes 1:21.461 nəticə göstərsə də, bu temp ona kifayət etməyib.

Bezzekki 1:20.535 nəticə ilə vaxtını daha da yaxşılaşdıraraq liderliyini qoruyub. Ai Oqura isə 1:20.771 nəticə ilə Aleks Markesi geridə qoyaraq üçüncü pilləyə yüksəlib.

Sessiyanın son 20 dəqiqəsində Fabio Di Cannantonio 1:20.104 nəticə ilə zirvəyə yüksəlib. Ardınca sürətli dövrəsini tamamlayan Enea Bastyanini 1:20.589 nəticə ilə üçüncü pilləyə qalxıb.

Son 15 dəqiqədə sürücülərin əksəriyyəti boksda olarkən Aleks Markes 1:20.194 nəticə ilə ikinci yerə yüksəlib. Bezzekki isə 1:20.535 nəticə ilə üçüncü sırada qalıb.

Yenidən trasa qayıdan Mark Markes 1:19.841 nəticə göstərərək liderliyi ələ keçirib.

Toprak Razqatlıoğlu 1:20.890 nəticə ilə 14-cü pilləyə yüksəlib. Komanda yoldaşı Cek Miller isə Mark Markeslə eyni — 1:19.841 nəticəni göstərsə də, ikinci yerdə qərarlaşıb.

Sessiyanın son 10 dəqiqəsində Fabio Di Cannantonio 1:19.674 nəticə ilə liderliyi Mark Markesdən alıb. Mark Markes ikinci, Cek Miller isə üçüncü pillədə yer alıb.

Son dövrələrdə Mark Markes 1:19.394 nəticə göstərərək yenidən birinci yerə yüksəlib. Raul Fernandes cüzi fərqlə ikinci olub, Fabio Di Cannantonio isə sessiyanı üçüncü pillədə başa vurub.

Sıra Sürücü Komanda Vaxt/Fərq Dövrə Maks. sürət
1 Mark Markes Ducati Lenovo 1:19.394 23/26 303 km/saat
2 Raul Fernandes Trackhouse Aprilia +0.166 25/27 298 km/saat
3 Fabio Di Cannantonio Pertamina VR46 Ducati +0.280 20/27 302 km/saat
4 Aleks Markes BK8 Gresini Ducati +0.317 28/29 303 km/saat
5 Cek Miller Pramac Yamaha +0.447 20/28 299 km/saat
6 Ai Oqura Trackhouse Aprilia +0.512 29/31 303 km/saat
7 Marko Bettsekki Aprilia Racing +0.602 22/28 306 km/saat
8 Xorxe Martin Aprilia Racing +0.617 24/27 303 km/saat
9 Pedro Akosta Red Bull KTM +0.632 20/25 302 km/saat
10 Franko Morbidelli Pertamina VR46 Ducati +0.638 23/26 301 km/saat

Q1-də mübarizəyə davam edəcəklər:

Sıra Sürücü Komanda Vaxt/Fərq Dövrə Maks. sürət
11 Enea Bastyanini Red Bull KTM Tech3 +0.651 21/21 303 km/saat
12 Bred Binder Red Bull KTM +0.674 21/26 304 km/saat
13 Françesko Banyaya Ducati Lenovo +0.738 22/25 303 km/saat
14 Luka Marini Honda HRC Castrol +0.820 21/27 303 km/saat
15 Fabio Kvartararo Monster Yamaha +0.824 24/26 296 km/saat
16 Xoan Mir Honda HRC Castrol +0.834 24/26 302 km/saat
17 Dioqo Moreyra Pro Honda LCR +0.928 22/25 303 km/saat
18 Maverik Vinyales Red Bull KTM Tech3 +1.157 22/23 301 km/saat
19 Toprak Razqatlıoğlu Pramac Yamaha +1.467 18/20 300 km/saat
20 Aleks Rins Monster Yamaha +1.620 20/25 300 km/saat
21 Kal Kraçlou Castrol Honda LCR Vaxt göstərilməyib

Rauf Hacıyev

Şərh əlavə et