Löik Serra vurğulayıb ki, Ferrari-nin SF-26 bolidinin inkişafı üçün seçdiyi yol düzgün olub və görülən işlər artıq öz bəhrəsini verməyə başlayıb. Komanda əldə olunan nəticələrlə kifayətlənmək niyyətində deyil və yaxın yarışlarda bolid mütəmadi olaraq yenililklər alacaq.
Güc qurğusuna gəlincə, Enriko Qvaltyeri ADUO proqramı çərçivəsində mühərrikin təkmilləşdirilməsi istiqamətində işlərin necə irəlilədiyindən danışıb. Böyük yeniləmə paketinin sentyabrın 11-13-də keçiriləcək İspaniya Qran Prisinin Madrid mərhələsində təqdim olunması planlaşdırılır.
Xüsusilə yeni turbokompressorun tətbiqi və güc qurğusunun ümumi səmərəliliyini artırmağa yönəlmiş digər yeniliklərin istifadəyə verilməsi gözlənilir.
Bununla yanaşı, Ferrari 2027-ci il mövsümü üçün nəzərdə tutulan yeni mühərrik üzərində də işləyir. Məlumata görə, yeni güc qurğusunun stend sınaqlarına artıq başlanılıb.




Şərh əlavə et