Frederik Vassyör: “Silverstounda komanda inanılmaz dərəcədə müsbət nəticə əldə edib. Xüsusilə də bu mərhələdə bizi böyük çətinliklərin gözlədiyini nəzərə alsaq. Trasda və bazada çalışan bütün əməkdaşlarımız əla işləyib və liderlərlə fərqi azaltmağa imkan verib. Uğurlu startdan sonra Şarl ön mövqeyi qoruya bilib və yekunda biz finişə birinci və üçüncü yerlərdə çatmışıq.
Şarla görə sevinirəm. Son bir neçə həftədə onun müəyyən çətinlikləri olub, amma Silverstounda o, yenidən maşına inamını hiss edib və dərhal yaxşı nəticə qazanıb. Lyuis təhlükəsizlik maşınının trasa çıxmasına görə üçüncü olub. Hesab edirəm ki, pit-stop etmək qərarı doğru idi, çünki hamımız yarışın yenidən başlayacağına əmin idik və Soft təkərlərlə o, Rasselli kifayət qədər asanlıqla keçə bilərdi”.




Şərh əlavə et