Xəbəri Kokpitdə Oxuyun!

Monako Qran Prisi “Avropanın ən yaxşı tədbiri” seçilib

Formula 1-in bəzəyi hesab edilən Monako Qran Prisi mükafata layiq görülüb.

Kokpit.az xəbər verir ki, Monako Avtomobil Klubunun prezidenti Mişel Boeri Monako Qran Prisinə verilən “Avropanın ən yaxşı tədbirləri” mükafatını qəbul edib.

“Bu nüfuzlu mükafat komandalarımızın və tədbirin dünya miqyasında etalon səviyyəyə çatmasına töhfə verən bütün təşkilatların peşəkarlığının göstəricisidir”, – deyə Boeri bildirib.

Qeyd edək ki, Monako Qran Prisinin keçirilməsi ilə bağlı müqavilə 2035-ci ilin sonuna qədər qüvvədədir. Builki yarış həftəsonu isə 5-7 iyun tarixlərində baş tutacaq.

Gilanur Huseynova

Şərh əlavə et