Xəbəri Kokpitdə Oxuyun!

Red Bull apellyasiyaya müraciət edib

McLaren kimi Red Bull da Monako Qran Prisinin nəticələrinin yenidən nəzərdən keçirilməsi və Pyer Qasliyə üçüncü yerin qaytarılması barədə stüardların qərarından apellyasiya şikayəti verib. Bu qərar nəticəsində podium yeri Red Bull pilotu Ayzek Hacardan alınmışdı.

Söhbət məhz yarışın yekun nəticəsinə əlavə edilmiş vaxt cəzasının ləğvi barədə qərara etirazdan gedir. Halbuki əvvəllər belə cəzalar yekun qərar hesab olunur və mübahisələndirilə bilməzdi.

Avstriya komandası bu qərarın həm idman, həm də digər mümkün nəticələrini nəzərə alaraq stüardların verdiyi hökmə etiraz etməyə qərar verib.

Mercedes komandası da etiraz təqdim etməyi planlaşdırırdı, lakin hələlik bununla bağlı rəsmi təsdiq verilməyib.

Rauf Hacıyev

Şərh əlavə et