Formula 1 qaydalarına əsasən, hər pilot mövsüm ərzində ən azı iki dəfə bolidini debütant pilotun idarə etməsinə şərait yaratmalıdır. Sentyabrda keçirilən İtaliya Qran Prisinin ilk sərbəst yürüşündə iştirak etməyən Maks Ferstappen bu mövsüm üçün nəzərdə tutulan ikinci və son məcburi sessiyanı Hermanos Rodriges trasında buraxacaq. Beləliklə, niderlandlı pilot 2026-cı ilin qalan hissəsində keçiriləcək bütün ilk sərbəst yürüşlərdə iştirak edə biləcək.
Cümə günü RB22-nin sükanı arxasına keçəcək Red Bull-un ehtiyat pilotu Ayumu İvasa bu il dördüncü dəfə ilk sərbəst yürüşdə iştirak edəcək. Yaponiyalı pilot daha əvvəl Barselona və Monzada Red Bull, Avstriyada isə Racing Bulls üçün sükan arxasına keçib.
Meksikada təkcə Ferstappen deyil, digər komandaların pilotları da yerlərini debütantlara verəcəklər.
Mercedes-də Corc Rassell W17-ni Frederik Vesti-yə təhvil verəcək. McLaren pilotu Oskar Piastrini isə Leonardo Fornaroli əvəzləyəcək. Williams-da Aleks Albonun yerinə Luke Browning trasa çıxacaq.




Şərh əlavə et