Mövsümün əvvəlində təcrübəli pilot Valtteri Bottasla birlikdə Cadillac layihəsinə qoşulan Serxio Peres komandanın Formula 1-dəki ilk ilində göstərdiyi liderlik və performansla rəhbərliyin etimadını qazanıb. Meksika Qran Prisi ərəfəsində elan olunan müqavilə Peresin Formula 1-dəki gələcəyini təmin etməklə yanaşı, komandanın uzunmüddətli hədəflərində sabitliyə önəm verdiyini də göstərib.
Meksikada karyerasının 300-cü Qran Prisinə start verməyə hazırlaşan Peres Formula 1 tarixində bu həddə çatan yeddinci pilot olacaq. Yeni müqaviləsini sonuna qədər yerinə yetirəcəyi təqdirdə 39 yaşında 18-ci mövsümünü başa vuracaq meksikalı pilot Censon Batton, Mixael Şumaxer, Rubens Barrikello və Kimi Rəykkoneni geridə qoyaraq Fernando Alonso və Lyuis Həmiltondan sonra tarixdə ən çox Qran Pridə iştirak edən üçüncü pilot mövqeyinə yüksələcək.
Komandanın digər qarajında isə Valtteri Bottasın 2027-ci il üçün gələcəyi qeyri-müəyyən olaraq qalır. Kolton Herta, Frederik Vesti və Yuki Tsunoda mümkün alternativlər sırasında göstərilir.
Müqavilənin imzalanmasından sonra Cadillac-ın baş icraçı direktoru Den Torris belə danışıb: “Formula 1-də rəqabətədavamlı komanda qurmaq uzunmüddətli prosesdir.
Çekonun istedadını və liderlik keyfiyyətlərini komandada qoruyub saxlamaq ilk ilimizdə yaratdığımız möhkəm təməlin üzərində irəliləmək üçün bizə lazım olan davamlılığı və qətiyyəti təmin edir”.




Şərh əlavə et