Xəbəri Kokpitdə Oxuyun!

McLaren-dən xüsusi rəng çaları

McLaren və əsas tərəfdaşı Velo Meksika Qran Prisində Lando Norris və Oskar Piastrinin bolidlərində istifadə olunacaq, azarkeşlərdən ilhamlanan xüsusi rəng dizaynını təqdim edib.

Meksika Qran Prisi öncəsi McLaren “Narıncı Ailə” adlandırdığı azarkeş kütləsinin yaradıcılığını və ehtirasını qeyd etmək üçün xüsusi dizayn hazırlayıb. Mövsüm boyu davam edən “Live Your Fandom” kampaniyası çərçivəsində dünyanın müxtəlif yerlərindən toplanan ən yaradıcı azarkeş ideyaları xüsusi stiker üslubunda illüstrasiyalara çevrilib.

Lando Norris və Oskar Piastrinin idarə etdiyi MCL40 bolidlərində, komandanın boksunda və digər ərazilərində istifadə olunacaq dizayn azarkeşlərin hekayələrini birbaşa Formula 1 padokunun mərkəzinə gətirməyi hədəfləyir.

Xüsusi dizaynı dəyərləndirən McLaren Racing-in marketinq direktoru Luiza MakEven belə danışıb: “Narıncı Ailə McLaren-ə olan ortaq ehtirası sayəsində bir araya gəlib.

Bu xüsusi rəng çaları azarkeşlərimizin hekayələrini birbaşa komandanın mərkəzinə gətirir. Fərdi ideyaları vahid kollektiv dizaynda birləşdirərək avtoidmanın ən böyük səhnələrindən birində azarkeşlərimizin yaradıcılığını qeyd edirik”.

McLaren bolidlərin rəng çaları ilə yanaşı, Norris və Piastrinin geyinəcəyi xüsusi yarış kombinezonlarını da təqdim edib.

Rauf Hacıyev

Şərh əlavə et