Mövsümün ortalarında irəliləyiş əldə edən və Lando Norris ilə ardıcıl iki qələbə qazanan McLaren tədricən rəqiblərindən geri düşməyə başlayıb. Bununla belə, komanda vəziyyəti dəyişmək və mövqelərini bərpa etmək ümidini itirməyib.
Andrea Stella, McLaren komandasının rəhbəri: “Bunun üçün hələ vaxtımız var. Bir sıra yeniliklər hazırlayırıq və ümid edirik ki, onlar liderlərlə aramızdakı fərqi azaltmağa, rəqiblərin itkilərinə bel bağlamadan podium uğrunda inamla mübarizə aparmağa imkan verəcək.
Qələbələr uğrunda mübarizə apara biləcəyimizi isə yəqin ki, yalnız mövsümün son üç yarışında görəcəyik. Çünki yeniliklər bolidə mərhələli şəkildə tətbiq olunacaq”.




Şərh əlavə et