Haas sürücüsü sıralanmanı 15-ci, Bortoleto isə 13-cü yerdə başa vurub.
Hadisəni araşdıran hakimlər müəyyən ediblər ki, Kamara 16-cı döngədə boksa qayıtdığı dövrədə yarış trayektoriyasında olub. Bortoleto isə döngəni keçərkən bolidinin arxa hissəsinə nəzarəti itirib və döngədən çıxışda sürətlənməyə daha gec başlamağa məcbur qalıb. Nəticədə braziliyalı sürücü vaxt itirib.
Hakimlər bunu “lazımsız maneə yaratma” kimi qiymətləndirərək Kamaraya üç yerlik start cəzası veriblər.
Bu cəzadan sonra Kamara Qətər Qran Prisinə 18-ci yerdən başlayacaq. Niko Hülkenberq, Karlos Sayns və Aleks Albon isə hərəsi bir pillə irəliləyəcək.







Şərh əlavə et