FIA sürücülərə mübahisəli qərarları Kahoot-da qiymətləndirib

Rauf Hacıyev 3 saat əvvəl
  1. 1K. AntonelliMercedes402
  2. 2M. FerstappenRed Bull304
  3. 3L. HəmiltonFerrari267
  4. 4C. RassellMercedes264
  5. 5L. NorrisMcLaren264
  6. 6Ş. LeklerFerrari250
  7. 7O. PiastriMcLaren167
  8. 8İ. HəcərRed Bull122
  9. 9L. LousonRacing Bulls89
  10. 10P. QasliAlpine52
  11. 11A. LindbladRacing Bulls38
  12. 12F. KolapintoAlpine35
  13. 13O. BermanHaas23
  14. 14Q. BortoletoAudi14
  15. 15N. HülkenberqAudi14
  16. 16K. SaynsWilliams11
  17. 17E. OkonHaas7
  18. 18F. AlonsoAston Martin7
  19. 19A. AlbonWilliams5
  20. 20Y. TsunodaRacing Bulls1
  21. 21R. HirakavaHaas1
  22. 22L. StrollAston Martin0
  23. 23V. BottasCadillac0
  24. 24S. PeresCadillac0
  25. 25R. CamaraHaas0
  1. 1Mercedes666
  2. 2Ferrari517
  3. 3Red Bull440
  4. 4McLaren431
  5. 5Racing Bulls114
  6. 6Alpine87
  7. 7Haas31
  8. 8Audi28
  9. 9Williams16
  10. 10Aston Martin7
  11. 11Cadillac0

FIA-nın Qətərdə keçirdiyi illik sürücülər toplantısında bu dəfə fərqli üsuldan istifadə olunub. Sürücülər mövsümün diqqət çəkən hadisələrini və həmin hadisələrə görə verilməli cəzaları Kahoot vasitəsilə səsverməyə çıxarıblar.

FIA-nın Formula 1 sürücüləri ilə keçirdiyi illik toplantıda mövsüm ərzində baş vermiş mübahisəli hadisələr və onlara görə verilən cəzalar müzakirə olunub. Lakin qiymətləndirmə bu dəfə qeyri-adi üsulla aparılıb: sürücülər müxtəlif hadisələrə interaktiv bilik yarışı platforması olan Kahoot vasitəsilə münasibət bildiriblər.

Qətərdə keçirilən toplantıya start düzümündəki sürücülərin əksəriyyəti qatılıb. Fernando Alonso səhhətindəki narahatlığa görə iştirak etməyib, Ləns Stroll da toplantıya gəlməyib. Adətən belə görüşlərə qatılmağa o qədər də meyilli olmayan Lyuis Həmilton isə bu dəfə orada olub.

Əsas müzakirə mövzularından biri mövsümün ən çox danışılan hadisələri və onlara görə tətbiq edilən sanksiyalar olub. Bunların arasında Şarl Leklerin Meksika Qran Prisində 4-cü döngədə yaşadığı hadisə də yer alıb. Yayımlanan görüntülərə əsasən, sürücülərdən bu epizodu Kahoot vasitəsilə qiymətləndirmək istənilib.

Sürücülər mobil telefonları ilə hər hadisəyə görə hansı cəzanın tətbiq edilməli olduğunu səsvermə yolu ilə müəyyənləşdiriblər. Hər hadisə üçün dörd variant təqdim olunub. Əksər hallarda bunlar üç fərqli vaxt cəzası və cəza verilməməsi variantından ibarət olub.

FIA Kahoot-dan istifadə etməklə toplantıda daha sərbəst və səmimi mühit yaratmağı qarşıya məqsəd qoyub. Bunun sürücülərə fikirlərini daha rahat ifadə etməyə imkan verəcəyi, həm öz aralarındakı, həm də hakimlərlə aralarındakı fikir ayrılıqlarını daha aydın göstərəcəyi nəzərdə tutulub.

Bəzi hadisələrdə sürücülər arasında geniş fikir birliyi yaranıb, bəzi epizodlarda isə mövqelər fərqlənib. Ümumi mənzərə əvvəlki toplantılarla müqayisədə sürücülər arasında daha çox ortaq mövqe olduğunu göstərib.

Gələn mövsümlə bağlı hələ qəti qərar qəbul edilməyib. Bununla belə, toplantıda müzakirə olunan təkliflərdən biri trassdan kənara çıxaraq bir və ya daha çox mövqe qazanan sürücülərin həmin mövqeləri trassda geri qaytarmasının məcburi olmasıdır.

Bu yanaşma tətbiq edilsə, sürücülər qazandıqları mövqeləri trassda geri verməli olacaqlar; bunun əvəzinə vaxt cəzası tətbiqinə üstünlük verilməyəcək.

Toplantıda müzakirə edilən məsələlərin gələn mövsümün qaydalarına necə təsir göstərəcəyi hələ aydın deyil.

Bunları da oxuyun

Şərh əlavə et