Həmilton Ferrari ilə müqaviləsində 2028-ci il üçün də xüsusi bəndə sahibdir

Rauf Hacıyev 2 saat əvvəl
Həmilton Ferrari ilə müqaviləsində 2028-ci il üçün də xüsusi bəndə sahibdir
  1. 1K. AntonelliMercedes402
  2. 2M. FerstappenRed Bull304
  3. 3L. HəmiltonFerrari267
  4. 4C. RassellMercedes264
  5. 5L. NorrisMcLaren264
  6. 6Ş. LeklerFerrari250
  7. 7O. PiastriMcLaren167
  8. 8İ. HəcərRed Bull122
  9. 9L. LousonRacing Bulls89
  10. 10P. QasliAlpine52
  11. 11A. LindbladRacing Bulls38
  12. 12F. KolapintoAlpine35
  13. 13O. BermanHaas23
  14. 14Q. BortoletoAudi14
  15. 15N. HülkenberqAudi14
  16. 16K. SaynsWilliams11
  17. 17E. OkonHaas7
  18. 18F. AlonsoAston Martin7
  19. 19A. AlbonWilliams5
  20. 20Y. TsunodaRacing Bulls1
  21. 21R. HirakavaHaas1
  22. 22L. StrollAston Martin0
  23. 23V. BottasCadillac0
  24. 24S. PeresCadillac0
  25. 25R. CamaraHaas0
  1. 1Mercedes666
  2. 2Ferrari517
  3. 3Red Bull440
  4. 4McLaren431
  5. 5Racing Bulls114
  6. 6Alpine87
  7. 7Haas31
  8. 8Audi28
  9. 9Williams16
  10. 10Aston Martin7
  11. 11Cadillac0

İtaliya mətbuatı və The Race-in məlumatına görə, Lyuis Həmiltonun Ferrari ilə müqaviləsində 2028-ci il mövsümündə də komandada qalmasına imkan verən birtərəfli uzatma opsiyası var. Yeddiqat Dünya Çempionu 2027-ci il üçün istifadə etdiyi bu hüququ bir daha işə salsa, Ferrari-dəki gələcəyinə özü qərar verə biləcək.

Ferrari-də Şarl Lekler və Lyuis Həmilton arasındakı münasibətlərin idarə olunması ilə bağlı müzakirələr davam edərkən, britaniyalı pilotun müqaviləsi ilə bağlı diqqətçəkən detal ortaya çıxıb.

La Repubblica və The Race-in məlumatına görə, Həmiltonun müqaviləsində onun Ferrari-dəki çıxışını 2028-ci ilin sonunadək uzatmağa imkan verən birtərəfli opsiya mövcuddur.

Ferrari-nin komanda rəhbəri Fred Vassyör Las-Veqas Qran Prisində Leklerlə Həmilton arasında baş verən təmasdan sonra iki pilotu idarə etməyin çətinliyini gizlətməyib.

Fransalı mütəxəssis Sky-a açıqlamasında deyib: “Bunu əvvəldən bilsəydim, vəziyyət fərqli olardı. Onların arasında şəxsi münasibətlərlə bağlı fikir ayrılığı var”.

Bu açıqlama Ferrari-nin hazırkı pilot heyətinin gələcəyi ilə bağlı sualları artırıb. Həmiltonun müqaviləsindəki opsiya da yenidən gündəmə gəlib.

Həmilton 2028-ci il üçün də özü qərar verə bilər

İyun ayında müqaviləsinin uzadıldığı açıqlanan Şarl Lekler 2030-cu il mövsümünün sonunadək Ferrari-yə bağlıdır. Həmilton isə 2025-ci ildə Maranello təmsilçisi ilə ikiillik müqavilə imzalayıb və razılaşmada bir neçə uzatma imkanı nəzərdə tutulub.

Əvvəllər yayılan məlumatlara görə, yeddiqat dünya çempionunun 2027-ci ildə də Ferrari-də qalmasına imkan verən birtərəfli opsiyası var idi. Həmilton bu hüquqdan istifadə edib. Buna görə də Ferrari gələn mövsümün pilot heyəti ilə bağlı əlavə açıqlama verməyib.

Lakin məlum olub ki, sözügedən opsiya yalnız 2027-ci illə məhdudlaşmır. Müqavilədə Həmiltonun xeyrinə 2028-ci il üçün də bənd var.

La Repubblica-nın jurnalisti Alessandra Retiko bazar ertəsi dərc olunan məqaləsində Həmiltonun 2028-ci il üçün birtərəfli opsiyaya sahib olduğunu və gələcəyinin açarının öz əlində olduğunu yazıb. The Race-dən Mark Hyuz da çərşənbə günü bu məlumatı təsdiqləyərək britaniyalı pilotun 2028-ci ilin sonunadək komandada qalmaq hüququnun olduğunu bildirib.

Bermanın Ferrari arzusu da gündəmdədir

Ferrari-nin pilot heyəti ilə bağlı qeyri-müəyyənliyi artıran digər məqam isə Oli Bermanın müqaviləsini uzatmasıdır. AutoRacer-in daha əvvəl yaydığı məlumata görə, gənc britaniyalı pilot İtaliya komandası ilə razılaşmasını 2027-ci ildən sonrakı dövrü də əhatə edəcək şəkildə yeniləyib.

Bermanın Ferrari-də yarışmaq arzusu var, lakin gənc pilotun bu fürsəti sonsuzadək gözləməsi real görünmür. O, Haas-da Rafa Kamara ilə birlikdə Ferrari-nin gənc pilot proqramı çərçivəsində inkişafını davam etdirəcək.

Leklerin 2030-cu ilədək müqaviləsinin olması, Həmiltonun isə 2028-ci ilin sonunadək komandada qalmaq hüququna sahib olması Ferrari-nin gələcək pilot heyəti ilə bağlı qərarlarını daha da mürəkkəbləşdirir.

Vassyörün müqaviləsi daha qeyri-müəyyəndir

Ferrari-dəki bu mənzərədə müqavilə baxımından ən qeyri-müəyyən vəziyyətdə olan şəxs komanda rəhbəri Fred Vassyör ola bilər.

Corriere della Sera-nın jurnalisti Daniele Spariskinin bazar ertəsi yaydığı məlumata görə, fransalı mütəxəssisin müqaviləsi 2027-ci il mövsümünün sonunadək qüvvədədir. 2028-ci il üçün uzatma opsiyası olsa da, bu hüquqdan istifadə etmək qərarı Ferrari-yə məxsusdur.

Beləliklə, Leklerin uzunmüddətli müqaviləsi, Həmiltonun öz gələcəyinə qərar vermək imkanı yaradan opsiyası və Bermanın Ferrari-də yarışmaq arzusu fonunda komandanın gələcək pilot heyəti ilə bağlı qərarlarla yanaşı, Vassyörün taleyi də maraq doğurur.

Bunları da oxuyun

Şərh əlavə et