Niko Hülkenberq və Qabriel Bortoletonun bolidlərinin ön hissəsində, əyləc hava kanallarının üzərində yerləşən deflektorların həndəsəsi dəyişdirilib.
Almaniya komandası bildirir ki, bu yenilik hava axınının daha səmərəli idarə olunmasına xidmət edir. Deflektorun ölçüləri bir qədər kiçildilib. Bunun sayəsində “bolidin digər hissələrinə yönəldilən hava axınının keyfiyyətini yaxşılaşdırmaq” mümkün olacaq.
Çempionatın digər on komandası isə heç bir texniki yenilik barədə məlumat verməyib.







Şərh əlavə et