Qətərdə ilk məşqin ən sürətlisi Antonelli olub

Gilənur Hüseynova 2 saat əvvəl
Qətərdə ilk məşqin ən sürətlisi Antonelli olub
  1. 1K. AntonelliMercedes402
  2. 2M. FerstappenRed Bull304
  3. 3L. HəmiltonFerrari267
  4. 4C. RassellMercedes264
  5. 5L. NorrisMcLaren264
  6. 6Ş. LeklerFerrari250
  7. 7O. PiastriMcLaren167
  8. 8İ. HəcərRed Bull122
  9. 9L. LousonRacing Bulls89
  10. 10P. QasliAlpine52
  11. 11A. LindbladRacing Bulls38
  12. 12F. KolapintoAlpine35
  13. 13O. BermanHaas23
  14. 14Q. BortoletoAudi14
  15. 15N. HülkenberqAudi14
  16. 16K. SaynsWilliams11
  17. 17E. OkonHaas7
  18. 18F. AlonsoAston Martin7
  19. 19A. AlbonWilliams5
  20. 20Y. TsunodaRacing Bulls1
  21. 21R. HirakavaHaas1
  22. 22L. StrollAston Martin0
  23. 23V. BottasCadillac0
  24. 24S. PeresCadillac0
  25. 25R. CamaraHaas0
  1. 1Mercedes666
  2. 2Ferrari517
  3. 3Red Bull440
  4. 4McLaren431
  5. 5Racing Bulls114
  6. 6Alpine87
  7. 7Haas31
  8. 8Audi28
  9. 9Williams16
  10. 10Aston Martin7
  11. 11Cadillac0

Qətər həftəsonunun ilk məşq sessiyasında ən sürətli dövrə vaxtını qeydə alan Mercedes sürücüsü Andrea Kimi Antonelli olub.

Sessiyadan əvvəl havanın temperaturu 30,5, trassın temperaturu isə 25,9 dərəcə ölçülüb. Start siqnalından sonra pit yolu açılıb və sürücülər trassa çıxıblar.

Ön qrupdakı komandalar trassa çıxmazdan əvvəl ən sürətli dövrəni Pyer Qasli vuraraq ilk pilləyə yüksəlib. İlk dövrələrdən sonra tempi Andrea Kimi Antonelli müəyyənləşdirib, Corc Rassell isə ondan az fərqlə geri qalıb.

Sonrakı dövrələrdə Şarl Lekler Rasselli geridə qoyaraq ikinci yerə yüksəlib, lakin az sonra dövrə vaxtı silinib. Ardınca Ayzek Həcər 1:24.367-lik nəticə ilə ikinci yerə çıxıb.

İlk 15 dəqiqə tamam olanda Rassell 1:23.978-lik nəticə ilə ikinci yeri geri alıb. Maks Ferstappen isə 1:24.585-lik nəticə ilə komanda yoldaşının arxasında, dördüncü yerə yüksəlib.

Sessiyanın ilk yarısının qalan hissəsində heç kim rəqabətədavamlı dövrə vura bilməyib və sürücülərin çoxu qaraja qayıdıb. McLaren sürücüləri istisna olmaqla, trassa qayıdanların hamısı yumşaq təkərlərə keçib.

Sessiyanın ikinci yarısında Ferstappen 1:24.133-lük nəticə ilə üçüncü yerə yüksəlib, lakin komanda yoldaşı Həcər 1:23.878-lik nəticə ilə ona cavab verib. Lekler isə 1:24.473-lük nəticə ilə beşinci yerə çıxıb. Antonelli 1:23.217-lik nəticə ilə liderliyini qoruyub.

Lyuis Həmilton 1:24.575-lik nəticə qeydə alaraq komanda yoldaşının arxasında, altıncı yerə yüksəlib.

Lando Norris 1:24.077-lik nəticə ilə Ferstappeni geridə qoyaraq dördüncü yerə çıxıb. Ardınca dövrəsini tamamlayan komanda yoldaşı Oskar Piastri də 1:24.077-lik nəticə ilə beşinci yerdə qərarlaşıb. Lider Antonelli orta sərtlikli təkərlərə keçib. Sonrakı dövrələrdə Rassell də orta sərtlikli təkərlərlə trassa çıxıb.

Ferstappen sessiyanın son hissəsində komanda radiosu ilə arxa oxda həddindən artıq titrəyiş olduğunu bildirib.

Qətər həftəsonunun ilk məşq sessiyasının son dəqiqələrində də heç kim dövrə vaxtını yaxşılaşdıra bilməyib. Kimi Antonelli sessiyanın ilk hissəsində vurduğu 1:23.217-lik nəticə ilə lider olub. Ondan təxminən yarım saniyə geri qalan komanda yoldaşı Rassell ikinci, Həcər isə üçüncü yerdə sessiyanı başa vurub.

Nəticələr bir azdan əlavə ediləcək…

Bunları da oxuyun

Şərh əlavə et