Kimi Antonelli Qətər Qran Prisinin ikinci sərbəst yürüşündə də lider olub

Rauf Hacıyev 3 saat əvvəl
Kimi Antonelli Qətər Qran Prisinin ikinci sərbəst yürüşündə də lider olub
  1. 1K. AntonelliMercedes402
  2. 2M. FerstappenRed Bull304
  3. 3L. HəmiltonFerrari267
  4. 4C. RassellMercedes264
  5. 5L. NorrisMcLaren264
  6. 6Ş. LeklerFerrari250
  7. 7O. PiastriMcLaren167
  8. 8İ. HəcərRed Bull122
  9. 9L. LousonRacing Bulls89
  10. 10P. QasliAlpine52
  11. 11A. LindbladRacing Bulls38
  12. 12F. KolapintoAlpine35
  13. 13O. BermanHaas23
  14. 14Q. BortoletoAudi14
  15. 15N. HülkenberqAudi14
  16. 16K. SaynsWilliams11
  17. 17E. OkonHaas7
  18. 18F. AlonsoAston Martin7
  19. 19A. AlbonWilliams5
  20. 20Y. TsunodaRacing Bulls1
  21. 21R. HirakavaHaas1
  22. 22L. StrollAston Martin0
  23. 23V. BottasCadillac0
  24. 24S. PeresCadillac0
  25. 25R. CamaraHaas0
  1. 1Mercedes666
  2. 2Ferrari517
  3. 3Red Bull440
  4. 4McLaren431
  5. 5Racing Bulls114
  6. 6Alpine87
  7. 7Haas31
  8. 8Audi28
  9. 9Williams16
  10. 10Aston Martin7
  11. 11Cadillac0

2026-cı il Qətər Qran Prisinin ikinci sərbəst yürüşündə ən yaxşı nəticəni Kimi Antonelli göstərib.

 

Qətərin işıqları altında yaşıl bayraqların dalğalanması ilə cümə gününün son məşq sessiyasına start verilib.

İlk dəqiqələrin ardından Corc Rassell 1:23.715-lik nəticə ilə liderliyə yüksəlib. Komanda yoldaşı Kimi Antonelli isə ikinci yeri tutub.

Şarl Lekler 2-ci döngədən çıxarkən fırlanıb, lakin bolidi yenidən trasa qaytara bilib. Hadisədən sonra pilot pitə qayıdaraq boliddən düşüb.

Sessiyanın ilk 20 dəqiqəsi geridə qaldıqda Aston Martin və Cadillac pilotları hələ də trasa çıxmamışdılar. Antonelli isə nəticəsini yaxşılaşdıraraq 1:23.077 göstəricisinə imza atıb.

Lyuis Həmilton radio vasitəsilə bolidin balansından narazılığını bildirib.

Sessiyanın ortalarında trasdakı çınqıllar səbəbindən qırmızı bayraqlar göstərilib və yürüş dayandırılıb.

Beş dəqiqəlik fasilədən sonra sessiya yenidən başlayıb. Pilotlar vaxt itirmədən trasa çıxıblar.

Pyer Qasli də çınqıllıq sahəyə çıxaraq fırlanıb. Bolid çınqıllıqda ilişib qaldığından Alpine pilotu trasa qayıda bilməyib. Hadisədən sonra sarı bayraqlar göstərilib.

Sessiyanın başa çatmasına 15 dəqiqə qalmış yaşıl işıqlar yenidən yanıb və pilotlar bir daha trasa çıxıblar.

Antonelli liderliyini qoruyub. Həmiltonla Maks Ferstappen arasında tras üzərində kiçik mübarizə yaşansa da, hadisə ilə bağlı heç bir araşdırma başlanmayıb.

Finişə dörd dəqiqə qalmış Lyuis Həmilton mühərrikindəki problem səbəbindən bolidini trasın kənarında saxlamaq məcburiyyətində qalıb. Beləliklə, britaniyalı pilot üçün sessiya vaxtından əvvəl başa çatıb. Hadisədən sonra virtual təhlükəsizlik avtomobili rejimi tətbiq olunub.

Virtual təhlükəsizlik avtomobili rejimində başa çatan sessiyada Kimi Antonelli 1:23.077-lik nəticə ilə birinci yeri tutub. Corc Rassell 0,127 saniyə geridə ikinci olub. McLaren pilotları isə üçüncü və dördüncü yerləri bölüşüblər.

Bunları da oxuyun

Şərh əlavə et