Mark Markes Valensiya Qran Prisinin əsas məşqində lider olub

Rauf Hacıyev 7 saat əvvəl
Mark Markes Valensiya Qran Prisinin əsas məşqində lider olub
  1. 1K. AntonelliMercedes402
  2. 2M. FerstappenRed Bull304
  3. 3L. HəmiltonFerrari267
  4. 4C. RassellMercedes264
  5. 5L. NorrisMcLaren264
  6. 6Ş. LeklerFerrari250
  7. 7O. PiastriMcLaren167
  8. 8İ. HəcərRed Bull122
  9. 9L. LousonRacing Bulls89
  10. 10P. QasliAlpine52
  11. 11A. LindbladRacing Bulls38
  12. 12F. KolapintoAlpine35
  13. 13O. BermanHaas23
  14. 14Q. BortoletoAudi14
  15. 15N. HülkenberqAudi14
  16. 16K. SaynsWilliams11
  17. 17E. OkonHaas7
  18. 18F. AlonsoAston Martin7
  19. 19A. AlbonWilliams5
  20. 20Y. TsunodaRacing Bulls1
  21. 21R. HirakavaHaas1
  22. 22L. StrollAston Martin0
  23. 23V. BottasCadillac0
  24. 24S. PeresCadillac0
  25. 25R. CamaraHaas0
  1. 1Mercedes666
  2. 2Ferrari517
  3. 3Red Bull440
  4. 4McLaren431
  5. 5Racing Bulls114
  6. 6Alpine87
  7. 7Haas31
  8. 8Audi28
  9. 9Williams16
  10. 10Aston Martin7
  11. 11Cadillac0

2026-cı il MotoGP Valensiya Qran Prisinin əsas məşq sessiyasını ən yaxşı nəticə ilə Mark Markes başa vurub.

Cümə gününün son sessiyasından əvvəl havanın temperaturu xeyli yüksələrək 16 dərəcəyə, trasın temperaturu isə 20 dərəcəyə çatıb.

Yaşıl bayraqların dalğalanmasından sonra ilk dəqiqələrdə ən sürətli dövrəni Yohann Zarko vurub – 1:29.683.

Sessiyanın başa çatmasına 40 dəqiqə qalmış Mark Markes yeni yumşaq arxa təkərlərə keçib. Dəyişiklikdən dərhal sonra Zarkonu təxminən yarım saniyə qabaqlayaraq liderliyə yüksəlib. Bir qədər sonra Fabio Di Cianantonio ikinci pilləyə qalxıb.

Aleks Markes 6-cı döngədə qəza edərək qaraja qayıdıb. Bir neçə dəqiqə sonra Pedro Akosta da qəzaya uğrayaraq pit yoluna üz tutub.

Sessiyanın ilk yarısı geridə qalarkən Marko Bezzekki 1:28.890-lıq nəticə ilə zaman cədvəlinin zirvəsinə yüksəlib.

Enea Bastianini də 11-ci döngədə qəza edib. Qəzadan sonra yenidən trasa qayıdan Pedro Akosta isə ikinci pilləyə qalxıb.

Finişə 10 dəqiqə qalmış Raul Fernandes 1:28.791-lik nəticə ilə liderliyi ələ keçirib. Fabio Di Cianantonio isə motosikletində yaranan nasazlıq səbəbindən qaraja qayıtmalı olub.

Bir saatlıq sessiyanın sonunda damalanmış bayraq dalğalanarkən Mark Markes 1:28.483-lük dövrə ilə birinci yerdə qərarlaşıb. Marko Bezzekki ikinci olub.

Ay Oqura liderdən 0,291 saniyə geri qalaraq üçüncü, Raul Fernandes isə dördüncü yeri tutub.

Bunları da oxuyun

Şərh əlavə et