Red Bull və Audi yeni Brembo əyləc diskini sınaqdan keçirir

Rauf Hacıyev 3 saat əvvəl
  1. 1K. AntonelliMercedes402
  2. 2M. FerstappenRed Bull304
  3. 3L. HəmiltonFerrari267
  4. 4C. RassellMercedes264
  5. 5L. NorrisMcLaren264
  6. 6Ş. LeklerFerrari250
  7. 7O. PiastriMcLaren167
  8. 8İ. HəcərRed Bull122
  9. 9L. LousonRacing Bulls89
  10. 10P. QasliAlpine52
  11. 11A. LindbladRacing Bulls38
  12. 12F. KolapintoAlpine35
  13. 13O. BermanHaas23
  14. 14Q. BortoletoAudi14
  15. 15N. HülkenberqAudi14
  16. 16K. SaynsWilliams11
  17. 17E. OkonHaas7
  18. 18F. AlonsoAston Martin7
  19. 19A. AlbonWilliams5
  20. 20Y. TsunodaRacing Bulls1
  21. 21R. HirakavaHaas1
  22. 22L. StrollAston Martin0
  23. 23V. BottasCadillac0
  24. 24S. PeresCadillac0
  25. 25R. CamaraHaas0
  1. 1Mercedes666
  2. 2Ferrari517
  3. 3Red Bull440
  4. 4McLaren431
  5. 5Racing Bulls114
  6. 6Alpine87
  7. 7Haas31
  8. 8Audi28
  9. 9Williams16
  10. 10Aston Martin7
  11. 11Cadillac0

Brembo-nun Formula 1 üçün hazırladığı, sürtünmə səthində qeyri-adi dəlikləri olan yeni karbon əyləc diski Qətərdə ilk dəfə görüntülənib.

Formula 1-də əyləc sistemləri ilə bağlı diqqətçəkən yenilik üzə çıxıb. Brembo-nun Red Bull və Audi ilə birlikdə hazırladığı yeni karbon əyləc diski Qətər Qran Prisində görüntülənib.

Padokda bir müddətdir müzakirə olunan, lakin indiyədək gizli saxlanılan həll gözlənildiyi kimi Red Bull RB22-də deyil, Audi R26-da üzə çıxıb. Audi Qətərdəki məşqlərdə yeni ön karbon əyləc disklərindən istifadə edib.

AG Photo fotoqrafı AG Galli-nin çəkdiyi görüntülər Brembo-nun üzərində işlədiyi yeni dizaynın detallarını göstərib. İddialara görə, bu disklə ilk trass sınaqları Ostində keçirilmiş ola bilər. Bununla belə, Red Bull mühəndislərinin bu həlli uzun müddət gizli saxlamağa nail olduğu bildirilir.

İndiyədək Formula 1-də istifadə edilən karbon əyləc disklərinin soyutma dəlikləri yalnız diskin xarici çevrəsində yerləşirdi. Yeni dizaynda isə sürtünmə səthində də çoxsaylı dairəvi oyuqlar var.

Bu dəliklər diskin bir üzündən digərinə uzanan kanallar deyil. Karbon kompozit materialdan dairəvi hissələrin çıxarılması ilə yaradılan oyuqlar keçmişdə metal əyləc disklərində tətbiq edilmiş bəzi həlləri xatırladır. Lakin karbon disklərdə belə yanaşma indiyədək görülməyib.

Radial qaydada düzülmüş çoxsaylı oyuqların iki əsas məqsədi var: əyləc diskinin çəkisini azaltmaq və istiliyin daha səmərəli paylanması hesabına soyutmanı yaxşılaşdırmaq.

Dəyişikliklər bununla bitmir. Ənənəvi soyutma dəlikləri kiçildilib, xarici çevrədə isə beş sıra əvəzinə altı sıra dəlikdən istifadə olunub. Orta sıralardan da əlavə material çıxarılaraq çəki daha da azaldılıb.

Brembo-nun bu yeni dizayn üzərində işləməsinin səbəblərindən biri də 2026-cı il mövsümündə bolidlərin xüsusiyyətlərinin dəyişməsidir.

Bu mövsüm istifadə olunan daha yüngül və daha az asfaltayatma qüvvəsinə malik bolidlərdə əyləcləmə zamanı yaranan yüklər ötən illə müqayisədə azalıb. G qüvvələri zəifləyib, əyləc məsafəsi uzanıb və sürücülərin əyləc pedalını basılı saxladığı müddət artıb.

Brembo dəyişən şəraitə cavab olaraq komandalara daha radikal əyləc diski konsepsiyası təqdim etməyi hədəfləyir. Yeni dizayn çəkiyə qənaətlə yanaşı, əyləc diskinin temperaturunu daha sabit saxlamaqla istiliyin paylanmasını yaxşılaşdırmaq məqsədi daşıyır.

Red Bull və Audi-nin Qətərdə sınaqdan keçirdiyi həll digər komandaların da marağına səbəb olub. Məsələ ilə bağlı komandalar hələlik açıqlama verməkdən çəkinir.

Bunları da oxuyun

Şərh əlavə et