Lusail Beynəlxalq Avtodromunda sessiya başlamazdan əvvəl havanın temperaturu 25°C, asfaltın temperaturu isə 29°C olub.
Həftəsonunun son sərbəst yürüşü üçün yaşıl işıqlar yandıqdan sonra trasa ilk çıxan pilot cümə günü ikinci sərbəst yürüşdə bolidinin idarəetməsini itirən Alpine pilotu Pyer Qasli olub. O, qırmızı zolaqlı Soft təkərlərlə 1:26.284 nəticə göstərib.
İlk 10 dəqiqə geridə qaldıqda Qasli trasdakı yeganə pilot idi və artıq beş dövrə vurmuşdu.
Sessiyanın ortasına yaxınlaşdıqca qarajda gözləyən digər pilotlar da trasa çıxmağa başlayıblar.
Lando Norris qısa müddətə trasdan çıxdıqdan sonra 1:22.983 nəticə ilə zaman cədvəlinə Corc Rassell başçılıq edib. Onun komanda yoldaşı Kimi Antonelli isə cəmi 0.146 saniyə geridə ikinci pillədə qərarlaşıb.
Qətərin gecə işıqları altında trasın temperaturu yüksəldikcə pilotlar dövrə nəticələrini yaxşılaşdırmağa davam ediblər.
Sessiya ərzində liderlik bir neçə dəfə dəyişsə də, damalanmış bayraq göstəriləndə zirvədə 1:22.400 nəticə ilə Kimi Antonelli qərarlaşıb. Corc Rassell komanda yoldaşından 0.249 saniyə geri qalaraq ikinci olub. İlk üçlüyü Red Bull pilotları tamamlayıblar.
Şarl Lekler beşinci yeri tutub. Onun ardınca Lando Norris və Oskar Piastri qərarlaşıblar. İlk onluğu Racing Bulls pilotları və Lyuis Həmilton tamamlayıb.







Şərh əlavə et