L.Norris: Mercedes bizdən fərqli səviyyədə idi

Gilənur Hüseynova 11 saat əvvəl
L.Norris: Mercedes bizdən fərqli səviyyədə idi
  1. 1K. AntonelliMercedes402
  2. 2M. FerstappenRed Bull304
  3. 3L. HəmiltonFerrari267
  4. 4C. RassellMercedes264
  5. 5L. NorrisMcLaren264
  6. 6Ş. LeklerFerrari250
  7. 7O. PiastriMcLaren167
  8. 8İ. HəcərRed Bull122
  9. 9L. LousonRacing Bulls89
  10. 10P. QasliAlpine52
  11. 11A. LindbladRacing Bulls38
  12. 12F. KolapintoAlpine35
  13. 13O. BermanHaas23
  14. 14Q. BortoletoAudi14
  15. 15N. HülkenberqAudi14
  16. 16K. SaynsWilliams11
  17. 17E. OkonHaas7
  18. 18F. AlonsoAston Martin7
  19. 19A. AlbonWilliams5
  20. 20Y. TsunodaRacing Bulls1
  21. 21R. HirakavaHaas1
  22. 22L. StrollAston Martin0
  23. 23V. BottasCadillac0
  24. 24S. PeresCadillac0
  25. 25R. CamaraHaas0
  1. 1Mercedes666
  2. 2Ferrari517
  3. 3Red Bull440
  4. 4McLaren431
  5. 5Racing Bulls114
  6. 6Alpine87
  7. 7Haas31
  8. 8Audi28
  9. 9Williams16
  10. 10Aston Martin7
  11. 11Cadillac0

Qətərdə sıralanmanı üçüncü yerdə başa vuran Lando Norris Mercedes sürücülərinin yüksək sürətli döngələrdəki üstünlüyünə qarşı mübarizə aparmağın çətin olacağını bildirib.

Qətər Qran Prisinin sıralanmasında üçüncü yeri tutan Lando Norris komandasının üçüncü və dördüncü yerləri qazanaraq yaxşı iş gördüyünü bildirib. Öz çıxışından razı qalan britaniyalı sürücü həftəsonu boyunca yüksək sürət nümayiş etdirən Mercedes-in onlardan tamamilə fərqli səviyyədə olduğunu vurğulayıb.

Norrisin sözlərinə görə, fərqi Mercedes bolidlərinin yüksək sürətli döngələri qazdan ayağı çəkmədən keçə bilməsi yaradıb. O, yarışda rəqiblərinə meydan oxumaq ehtimallarının az görünməsinə baxmayaraq, əlindən gələni edəcəyini söyləyib:

Lando Norris: “Üçüncü və dördüncü yerləri tutaraq yaxşı iş gördüyümüzü düşünürəm. Mercedes sürücüləri həqiqətən çox sürətli idilər.

Bütün həftəsonu ərzində əla iş gördülər və bizdən fərqli səviyyədə idilər. Buna görə də onların üstünlüyünü qəbul etmək lazımdır.

Yaxşı sessiya olub. Sıralanma, xüsusilə də son hissəsi mənim üçün xeyli yaxşı keçib.

Bura sürətli trassdır, ona görə də yüksək sürətli döngələrdə bir qədər daha çox yüklənmək lazımdır. Biz həmin döngələri tam qazla keçə bilmirik, Mercedes isə bacarır. Fərqi yaradan da budur. Buna baxmayaraq, yaxşı gün olub.

Yarışda Mercedes-ə meydan oxuya bilməyimiz o qədər də mümkün görünmür, amma əlimizdən gələni edəcəyik. Onlar bizdən xeyli üstün vəziyyətdədirlər, lakin nə baş verəcəyini heç vaxt bilmək olmaz. Qarşıda uzun yarış var və çox şey baş verə bilər.

Mən əlimdən gələn hər şeyi edəcəyəm.”

Bunları da oxuyun

Şərh əlavə et