Qətər Qran Prisi həftəsonunun ilk üç məşq sessiyasını komanda yoldaşı Kimi Antonellidən sonra ikinci yerdə başa vuran Mercedes sürücüsü Corc Rassell sıralanmada ən yaxşı nəticəni göstərərək poul mövqeyini qazanıb.
Sessiyadan sonra danışan Rassell ilk hissədən etibarən avtomobildə özünü çox yaxşı hiss etdiyini və uzun fasilədən sonra yenidən ilk yerdən start alacağına sevindiyini bildirib.
Corc Rassell: “Bu trassda sürmək həmişə inanılmaz hissdir, çünki trass çox sürətlidir. Avtomobil bu həftəsonu, şübhəsiz ki, möhtəşəm idi. Məşqlərdəki ilk dövrədən çox sürətli idik, amma bütün sessiyalarda Kimidən geri qaldım.
Sıralanmanın ilk hissəsində avtomobillə çox yaxşı uyğunlaşdım. Yenidən poul mövqeyində olmaq əla hissdir, xeyli vaxt keçmişdi.
Malayziyada etdiyimiz yeniliklərdən sonra bu, ilk əsl sınaq idi. Məncə, buradakı döngələr malik olduğumuz asfaltayatma qüvvəsini bütünlüklə üzə çıxarıb.
O vaxtdan bəri sazlamaları təkmilləşdirməyə davam etmişik və mövsümün ortalarından etibarən avtomobili tədricən inkişaf etdirmişik. Qətər həmişə güclü olduğumuz trass olub.
Bu trassda sürməkdən həqiqətən zövq alıram, təqvimdəki ən yaxşı trasslardan biridir. Sabahkı mübarizəni səbirsizliklə gözləyirəm.”







Şərh əlavə et