Günün ən böyük məsafəsini Cek Krouford qət edib. Amerikalı sürücü Aston Martin-in sükanı arxasında 146 dövrə vurub və ən yaxşı nəticəsi 1:23.709 olub. Şarl Lekler isə 134 dövrə tamamlayıb və günün ən sürətli vaxtını göstərib – 1:16.619.
Cadillac komandası texniki problemlər səbəbindən proqramını vaxtından əvvəl dayandırmalı olub. Quanyu Çjou 54 dövrə vurmağa və 1:21.543 nəticə göstərməyə nail olub.
Çərşənbə günü testlər iki komandanın iştirakı ilə davam edəcək. Cadillac-da yenidən Quanyu Çjou sükan arxasına keçəcək, Ferrari-də isə Şarl Lekleri onun kiçik qardaşı, Artur Lekler əvəz edəcək.




Şərh əlavə et