Xəbəri Kokpitdə Oxuyun!

Azərbaycan F1-in STEM Racing proqramına qoşulur

Azərbaycan ilk dəfə Formula 1-in dəstəklədiyi qlobal STEM Racing proqramına qoşulub.

Azərbaycan Formula 1 tərəfindən dəstəklənən beynəlxalq STEM Racing proqramına rəsmi olaraq qoşulub. Ölkədə Bakı Şəhər Halqası Əməliyyat Şirkəti tərəfindən icra olunan layihə mühəndislik təhsilinin təşviqinə gənclərin yüksək texnologiyalar sahəsində gələcək karyera üçün zəruri bilik bacarıqlara yiyələnməsinə xidmət edir.

Belə ki, proqram çərçivəsində iştirakçıların hazırlığı üçün nəzərdə tutulmuş xüsusi təlim mərkəzi – STEM Racing Hub-un açılışı baş tutub. Yeni mərkəz komandaların yarış modellərinin layihələndirilməsi, istehsalı təkmilləşdirilməsi istiqamətində praktiki fəaliyyət göstərmələri üçün təsis edilib.

 

Layihənin təqdimat mərasimində çıxış edən Azərbaycan Respublikasının gənclər idman naziri Fərid Qayıbov təşəbbüsün əhəmiyyətini vurğulayıb: Ölkəmizin bu qlobal platformanın bir hissəsinə çevrilməsi sevindirici haldır. STEM Racing proqramı məktəblilərə yalnız texniki biliklər qazandırmır, eyni zamanda komanda işi, liderlik layihələrin idarə olunması kimi vacib bacarıqların inkişafına şərait yaradır. Proqram iştirakçılarının bir çoxu sonradan mühəndislik ixtisasları üzrə təhsil alır, qabaqcıl texnologiya şirkətlərində çalışır hətta Formula 1-də karyera qururlar. İnanıram ki, komandamızın dünya finalında iştirakı ölkəmiz üçün dəyərli təcrübə olacaq minlərlə gəncə ilham verəcək”.

Proqram çərçivəsində yaradılmış “Caspian Apex” komandası ilk dəfə olaraq Azərbaycanı dünya finalında təmsil edəcək. Yarış 2026-cı il 3–8 oktyabr tarixlərində Sinqapurda (Sentosa adası)keçirilməklə dünyanın müxtəlif ölkələrindən ən güclü gənc mühəndis komandalarını bir araya gətirəcək.

STEM Racing proqramının iştirakçıları Formula 1 komandalarının prinsiplərinə uyğun fəaliyyət göstərirlər. Hər iştirakçı müəyyən istiqamət üzrə cavabdehdir. Məktəblilər mühəndislik proqramlarından istifadə etməklə yarış modelini layihələndirir, aerodinamik hesablamalar aparır, hissələri 3D printerlər vasitəsilə hazırlayır, sınaqlar həyata keçirir, eyni zamanda marketinq, tərəfdaşlarla təqdimatların hazırlanması istiqamətlərində fəaliyyət göstərirlər.

Proqram çərçivəsində, həmçinin 2027-ci ildə Azərbaycanda ilk STEM Racing üzrə milli çempionatın keçirilməsi planlaşdırılır. Çempionatın qalibi ölkəni dünya finalında təmsil etmək hüququ qazanacaq.

 

Rauf Hacıyev

Şərh əlavə et