Kokpit.az xatırladır ki, Caspian Apex komandası Azərbaycan İdman və Gənclər Nazirliyi ilə Bakı Şəhər Halqasının dəstəyi ilə bu yarışda iştirak edib. Onlar bu yarışa Caspian Breeze adını verdikləri və Azərbaycan motivlərini daşıyan 1:25 ölçülü miniatür F1 bolidi ilə qatılıblar.
Bu gönderiyi Instagram’da gör
• Mühəndislik və dizayn — 350 bal: Avtomobilin CAD/CAM proqramları ilə hazırlanması, AR-GE prosesi və aerodinamik testlər.
• Tras performansı (sürət və yarış) — 250 bal: Avtomobilin trasdakı xalis sürəti (Track Time), reaksiya müddəti və təsnifat mərhələlərinin nəticələri.
• Sahibkarlıq və marketinq — 200 bal: Komandanın sponsor cəlbetmə bacarığı, büdcənin idarə olunması, sosial media fəaliyyəti və komanda identikliyi.
• Şifahi təqdimat — 150 bal: Münsiflər heyəti qarşısında keçirilən 10 dəqiqəlik texniki və ümumi komanda təqdimatı.
• Pit zonası dizaynı — 50 bal: Yarış ərazisində qurulan komanda stendinin orijinallığı və təqdimat keyfiyyəti.
Ümumi — 1000 bal.
Ölkəmizi təmsil edən Caspian Apex komandası tras vaxtında 1.309 saniyəlik nəticə göstərərək, yaxşı nəticə əldə edib.
Qeyd edək ki, Tras vaxtı – hazırlanmış miniatür Formula 1 avtomobilinin 20 metr uzunluğundakı düz yarış trasını start xəttindən finiş xəttinə qədər nə qədər müddətdə qət etdiyini ifadə edir.
Caspian Breeze miniatür bolidi saf sürətdə pis nəticə göstərməyib – 1.119 saniyə. Saf sürətdə ən yaxşı maşın olan Quasar Racing 1.025 saniyəlik nəticəyə imza atıb. Azərbaycanlı iştirakçıların start reaksiyası 0.168 saniyə olub.
Rəqəmsal tras göstəricilərinin müqayisəsi:
• Quasar (Honq Konq) — Ən sürətli dövrə mükafatının sahibi
Xalis avtomobil sürəti (Track Time): 1,025 san.
Pilotun reaksiya müddəti (Reaction Time): 0,140 san.
Ən yaxşı ümumi vaxt (Best Total): 1,165 san.
Maksimum sürət: 80+ km/saat
• LYNX Racing (Səudiyyə Ərəbistanı) — 2026-cı ilin dünya çempionu
Xalis avtomobil sürəti (Track Time): 1,085 san.
Pilotun reaksiya müddəti (Reaction Time): 0,150 san.
Ən yaxşı ümumi vaxt (Best Total): 1,235 san.
Maksimum sürət: 75–78 km/saat
• Caspian Apex (Azərbaycan) — İlk dəfə iştirak edən ölkə
Xalis avtomobil sürəti (Track Time): 1,119 san.
Pilotun reaksiya müddəti (Reaction Time): 0,168 san.
Ən yaxşı ümumi vaxt (Best Total): 1,309 san.
Maksimum sürət: 72,4 km/saat
• Mühəndislik uğuru: Caspian Apex komandasının hazırladığı Caspian Breeze adlı avtomobilin xalis tras vaxtı 1,119 saniyə olub. Bu göstərici dünya çempionu LYNX Racingin 1,085 saniyəlik nəticəsinə olduqca yaxındır. Bu da Azərbaycanlı şagirdlərin aerodinamika və AR-GE sahəsində uğurlu iş ortaya qoyduğunu göstərir.
• Millisaniyələrlə ölçülən fərq: Çempion LYNX Racing ilə Caspian Apex arasındakı ümumi vaxt fərqi cəmi 0,074 saniyə, yəni 74 millisaniyədir. Bu səviyyəli yarışlarda nəticənin nə qədər kiçik detallar və millisaniyələrlə müəyyənləşdiyini aydın göstərir.
Yəni ki, ilk iştiraka görə yaxşı nəticə saymaq olar. Nəticədə şagirdlərimiz bu yarışda əsasən təcrübə toplamağa getmişdilər. Onsuz da belə yarışlarda ilk iştirakdan yaxşı nəticə çətin məsələdir. Məsələn, bu ilin qalibi Səudiyə Ərəbistanı bu uğura beşinci iştirakdan sonra nail oldu.
Yarışın qalibi – LYNX Racing
Sinqapurda keçirilən 2026 Aramco STEM Racing Dünya Finalında Dəhrandan olan LYNX Racing komandası dünya çempionu olub.
Bu, Səudiyyə Ərəbistanının yarışda iştirak etməyə başladığı vaxtdan bəri qazandığı ilk Dünya Çempionluğudur.
Ümumi çempionatın qalibi olan LYNX Racing komandası, eyni zamanda, Ən yaxşı komanda identikliyi mükafatına da layiq görülüb.
İkinci və üçüncü yerləri isə Almaniyanı təmsil edən iki komanda – aiXplosion və Spectrum tutublar.



Şərh əlavə et