Azərbaycan Dünya mediasının mərkəzində

Azərbaycan Dünya mediasının mərkəzində
  1. 1K. AntonelliMercedes390
  2. 2M. FerstappenRed Bull279
  3. 3C. RassellMercedes262
  4. 4L. HəmiltonFerrari261
  5. 5Ş. LeklerFerrari249
  6. 6L. NorrisMcLaren246
  7. 7O. PiastriMcLaren152
  8. 8İ. HəcərRed Bull122
  9. 9L. LousonRacing Bulls89
  10. 10P. QasliAlpine42
  11. 11A. LindbladRacing Bulls38
  12. 12F. KolapintoAlpine27
  13. 13O. BermanHaas23
  14. 14Q. BortoletoAudi14
  15. 15N. HülkenberqAudi14
  16. 16E. OkonHaas7
  17. 17F. AlonsoAston Martin7
  18. 18K. SaynsWilliams7
  19. 19A. AlbonWilliams5
  20. 20Y. TsunodaRacing Bulls1
  21. 21R. HirakavaHaas1
  22. 22L. StrollAston Martin0
  23. 23V. BottasCadillac0
  24. 24S. PeresCadillac0
  25. 25R. CamaraHaas0
  1. 1Mercedes652
  2. 2Ferrari510
  3. 3Red Bull415
  4. 4McLaren398
  5. 5Racing Bulls114
  6. 6Alpine69
  7. 7Haas31
  8. 8Audi28
  9. 9Williams12
  10. 10Aston Martin7
  11. 11Cadillac0

10-cu Azərbaycan Qran-Prisi yarış həftəsonu ərzində Bakını beynəlxalq medianın diqqət mərkəzinə çıxarıb. Yarışı dünyanın aparıcı media qurumlarını təmsil edən jurnalistlər, fotoqraflar və çəkiliş qrupları olmaqla, 300-ə yaxın yerli və xarici media nümayəndəsi birbaşa hadisə yerindən işıqlandırıb.

Azərbaycan Qran-Prisi 56 xarici televiziya kanalında – Sky Sports, ESPN, Canal+, beIN Sports, Apple TV, Tencent, TV Globo və DAZN daxil olmaqla çoxsaylı beynəlxalq yayım platformalarında yayımlanıb. Hər il olduğu kimi, “Netflix”platformasında yayımlanan məşhur “Drive to Survive” filmini çəkmək üçün platformanın yaradıcı heyəti də Bakıda olub.

Qran-Pri həftəsi ərzində xarici media yalnız yarışla kifayətlənməyib, həmçinin Azərbaycanın mədəniyyətini və milli ənənələrini təqdim edən reportajlar hazırlayıb. Xarici jurnalistlər üçün təşkil olunan xüsusi media-tur onlara ölkənin zəngin irsi ilə yaxından tanış olmaq imkanı yaradıb. Məsələn, Formula 1-in Avstriyadakı rəsmi yayımçısı ServusTV Bakı haqqında xüsusi süjet hazırlayaraq milli mətbəximizi, ənənəvi musiqimizi və musiqi alətlərimizi nümayiş etdirib, Böyük Britaniyanın Sky Sports telekanalı isə Azərbaycan xalçaçılığına həsr olunmuş ayrıca süjetlə tamaşaçılarını bu qədim sənət növü ilə tanış edib.

Akkreditə olunmuş media nümayəndələrinin işi üçün Beynəlxalq Avtomobil Federasiyasının (FIA) tələblərinə uyğun Media Mərkəzi yaradılıb. Mərkəzdə jurnalistlər üçün rahat iş zonaları, zəruri texniki imkanlar və mətbuat konfrans zalı fəaliyyət göstərib.

Bunları da oxuyun

Şərh əlavə et