Kokpit.az xatırladır ki, Alpine komandası pit-leyndə sürət həddini aşdığına görə Qasliyə verilən iki cərimənin ləğvinə nail olub. Qərara yenidən baxılmasına əsas səbəb Monakoda pit-leyndə sürətin düzgün ölçülməməsi olub. Nəticədə bir neçə sürücü sürət həddini aşdığına görə səhvən cərimələnib.
Qasliyə üçüncü yerin qaytarılması bəzi rəqiblərin xoşuna gəlməyib. McLaren və Red Bull Racing cərimələrin ləğvini mübahisələndirmək üçün FIA-nın Beynəlxalq Apellyasiya Məhkəməsinə müraciət edib.
Mercedes isə fərqli yol seçib – komanda qərara yenidən baxılması hüququndan istifadə etməyi qərara alıb. Bunun üçün Mercedes “ilkin qərar qəbul edilən vaxt stüardların sərəncamında olmayan əhəmiyyətli və vacib yeni elementi” təqdim etməlidir.
FIA Mercedes-in sorğusuna bu şənbə, iyunun 20-də baxacaq. Videokonfrans formatında keçiriləcək dinləmələr Bakı vaxtı ilə saat 11:00-da başlayacaq.
Əgər stüardlar Mercedes-in həqiqətən də əhəmiyyətli və vacib yeni məlumatlara malik olduğu qənaətinə gəlsələr, sorğu mahiyyəti üzrə araşdırılacaq. Əgər təqdim olunan məlumatlar stüardların fikrincə bu tələblərə cavab verməsə, Mercedes-in sorğusu rədd ediləcək.




Şərh əlavə et