Brtitaniyalı pilot poul mövqeyini qazanan Lyuis Həmiltondan sonra ikinci yeri tutub.
Son yarışlarda çətinlik çəkdiyini və hələ də bolidin xarakterinə tam uyğunlaşa bilmədiyini deyən Rassell xüsusilə Q3-dəki çıxışından razı qalıb.
Corc Rassell: “Xoşbəxtəm. Son bir neçə yarış mənim üçün çətin keçib. Açığı, hələ də bolidin potensialını tam ortaya qoymaqda çətinlik çəkirəm.
Q3-dəki həmin bir dövrəyə qədər kifayət qədər çətin həftəsonu keçirirdim. Həmin dövrədə yarım saniyədən çox vaxt qazanaraq poul mövqeyini əldə etməyə çox yaxın idim.
Potensialın həmişə boliddə olduğunu bilirəm, amma bunu kifayət qədər tez-tez göstərə bilmirik. Məni məyus edən də məhz budur.
Temperaturun aşağı düşməsi bizim xeyrimizə oldu. Bu, təkərlərdən daha çox ilişmə əldə etmək üçün mənə bir qədər əlavə inam verdi”.




Şərh əlavə et